Yay vidalaşmaları

Rus vilayәtindә keçirdiyimiz çәtin illәri başa vurub muş kimi, mәn arvadımı vә iki oğlumu Moskva dan vәtәnә yola salırdım. Onların arxasınca özümün nә vaxt yollanacağımı, bu gedişin hәmişәlik, yoxsa müvәqqәti olacağını mәn dәqiq bilmirdim. Çünki işlәrin sonrakı gedişi mәndәn vә onlardan deyil, tamam başqa adamlardan asılı idi. Ailәmizә aid olan belә vacib bir mәsәlәnin bizim özümüz deyil, başqa adamlar tәrәfindәn (lap belә qohum-qardaş olsun!) hәll olunmasının üzüntüsü bizi sıxırdı. Ancaq bu sıxıntıdan çıxmaq, dünyanın malının dün yada qalacağına şübhә etmәdәn dünya malı ilә lәbalәb dolu bu möhtәşәm şәhәrlә tәmasdan zövq almaq vә taleyin gön dәrdiyi ayrılıq bәxşişindәn payımıza düşәni bir daha dadmaq da, görünür, lazım idi. Hәyatda nәlәr olmur ki! Çamadanlarımızı vağzalın saxlama kamerasına verib, axşama qәdәr qalan vaxt әrzindә şәhәri gәzmәyә getdik. Rusiya paytaxtında hökm sürәn dәhşәtli bahaçılığa әmin olmaq üçün saxlama kamerasında bir çamadana görә 5 dollar ödәmәk kifayәt idi. Uşaqlara şәhәri göstәrmәk lazım idi. Necә dә olsa, iki il Moskvanın qulağının dibindә yaşa yasan vә şәhәrin hәr gün televizordan bütün dünyaya reklam olunan füsunkar gözәlliyini görmәdәn üç min kilometrlik yolu geri qayıdasan... Bu, mәnә bütün ömrüm boyu әzab verәrdi. Biz yalnız mәnә tanış olan küçәlәrlә mәrkәzә doğru addımlayırdıq: Qulya susurdu. Serafimov Posadda hamı Gülnarәni elә çağırırdı vә İbrahimlә mәn dә onlara qoşulub, ailәmizin yeganә qadınına, ürәyi sıxılmasın deyә zarafat yana o cür müraciәt edirdik: “Qulya!” Bәlkә dә, bu bizim hәya tımızda, hәqiqәtәn, qiymәtlәndirilәsi yeganә yenilik idi. Qulya susurdu. Ciddi sәliqә-sahmanına vә rahatlığına gö rә sanki hәr yeri, hәr bucağı vә hәr guşәsi Putinlә Alla Puqaçovaya mәxsus olan bu şәhәrlә dә, mәnimlә dә vә bütün bunlar haqqında özünün nә vaxtsa mövcud olmuş әziz xatirәlәrilә dә әbәdi vidalaşırdı. Bizim hәyatımızda ayrı lıq lar, vidalaşmalar vә görüşlәr çox olmuşdu: әn çox xoşlama dığımız yay vidalaşmaları idi. Adәtәn, onlar uzun çәkirdi. Bundan sonra o ayrılıqlara sinә gәrmәk, onlardan doğan çәtinliklәrlә barışmaq hәr ikimiz üçün ağır olacaqdı.

Bizim artıq xeyli yaşımız vardı. Hәrdәn bu mәnzәrәyә, içindә itdiyimiz laqeyd insan selindәn Qulyanın gözü ilә baxmağa çalışırdım vә Serafimov Posaddakı keçmiş iş yoldaşlarımızın “Petrovna” çağırdığı, içәndә qәflәtәn ağıllı fikirlәr söylәyәn qadının sözlәri yadıma düşürdü: “Rus adamı otuz yaşına qәdәr hәyatını yaşayıb qurtarır. Sonrasını tanrı verәr dә, vermәz dә...” Son rasını Petrovna hәyati misallarla izah edirdi. Onun fәlsә fәsinin qәhrәmanlarının hamısı gәnc yaşlarında bu dünyadan köçmüş insanlardı. Mәn, tәbii ki, onları tanımırdım. Amma bu dünyada yalnız yeyib-içib kef elәmәk üçün on beş ilin, hәqiqәtәn dә, az olmaması Petrovnanın rәvan, eks-müәllimә nitqindә xeyli inandırıcı sәslәnirdi. Moskva üzdә Petrovnanın deyil, öz mәntiqi ilә yaşasa da, mahiyyәt etibarilә kef, әylәncә, rahat vә dәbdәbәli hәyat dalğasının nәhәngliyi ilә ona daxil olan hәr kәsi dәrhal nokaut elәyirdi. Şәhәri ilk dәfә belә yaxından görәn, onun sәsini eşidәn, iyini, hәnirini duyan uşaqlar arabir öz aralarında qısaca pıçıldaşıb, әtrafdakı zәngin mәnzәrәdәn nәyisә seçir vә sanki sonradan hәr hansı bir qiymәt vermәk üçün onu şәrhsiz-filansız öz yaddaşlarına yazırdılar. Şәrhi mәn vermәyә çalışırdım, onlar mәnim dediklәri mә emosiyasız qulaq asırdılar. Mәn bunu başa düşürdüm. Ona görә dә öz optimist ata vә mәlumatlı gid borcumu imkanım çatan qәdәr vicdanla yerinә yetirmәyә çalışırdım. Rusiya üçün dә әn qızmar ay sayılan avqust yarıdan keç mişdi, ancaq isti deyildi. Günәş sanki bu şәhәr haqqında uydurulmuş әfsanәlәrә mәhәl qoymadan başqa mәmlәkәtlәrin daha önәmli pay taxtlarını isitmәklә mәşğul idi. Bununla belә, biz әynimizdәn soyunduğumuz jempr vә gödәkcәlәrimizi qolumuzun üstündә saxlamışdıq. Seyrәk, uca buludların donub qaldığı bozumtul sәma altında yamyaşıl Moskva yayının sәrxoş adamsayağı gözlә nilmәdәn soyuya bilәcәk nәfәsi vә şıdırğı yay leysanları mәnә yaxşı tanış idi. Adәtәn, bu leysanlardan çәtirlә dә qorunmaq mümkün olmurdu vә yağışdan sonra xiyabanlarda çiçәk әtri verәn hava bal dadırdı. Burada hәr fәsilә aid adamın ayrıca geyim dәstinin olmasının vacibliyini mәn tәlәbә - liyin ilk ilindәcә görmüşdüm vә xeyli çәtinliklәrlә dә olsa, buna yalnız tәlәbәlik dövrünün ortalarında müәyyәn qәdәr nail ola bilmişdim. Bütün ölkә alıcılarının hәsrәtindә olduğu Moskva mağazalarında aylarla axtardığımız, tapanda da sonsuz növbәlәrin qırğınından birtәhәr sürüşdürüb ala bildiyimiz cır-cındır indi hәr addımbaşı adama “gәl-gәl” deyirdi. Ölkәdә sanki demokratik inqilab yox, cında inqilabı baş vermişdi. Biz asta addımlarla Qırmızı meydan tәrәfә gedirdik vә vaxtilә yüz dәfәlәrlә önündәn keçdiyim bu bәzәkli vitrin lәrin böyük şüşәlәrindә ailәmin әks olunan şәkli mәnim bu küçәlәrdә qalmış gәnc tәlәbә obrazımı yadıma salırdı. İndikindәn fәrqli olaraq, harasa tәlәsәn o gәnc bu şәhәrin iti ahәngilә tam qaynayıb-qarışır, әtrafdakı başqa adamlardan seçilmirdi. İndi biz seçilirdik. Әn azı, addımbaşı rastlaşdığımız silahlı rus polislәri, rәhmәtlik şairin sözü olmasın, bizim milyonlar keçәn bu sәki ilә addım - lamağımızın fәrqindә idilәr. Mәnim uşaqlarımın bu şәhәrlә bağlı heç nәyi yox idi: onlar rus dilindә dә yaxşı danışa bilmirdilәr; yalnız onu bilirdilәr ki, onların atası burada oxuyub. Keçmişlә bağlı özgә xatirәlәri onları maraqlandırmırdı. Onların gәnc - liyin әbәdiliyinә, qocalığın isә maraqsız lı ğına şübhә etmәyәn vaxtı idi. Ümumiyyәtlә, Moskva o şәhәr lәrdәndir ki, orada adamı özündәn başqa heç nә maraq landırmır. Onların ikisi dә mәn buradan qayıdandan sonra do ğu l muşdu vә bu qayıdışdan, bu doğuluşdan sonra bu şәhәrlә bizim aramızda olan üç min kilometrlik mәsafә boyu elә hadisәlәr baş vermişdi ki, onlar nәinki uşaqları, hәtta yaşlı adamları vә bu şәhәr uğrunda faşistlәrlә vuruşmuş sinәsi medallı qocaları da çaş-baş salmışdı. Әli birinci sinfә gedәndә Qulya mәnә dedi: “Gәl onu rus mәktәbinә qoyaq.” Mәn ona “tәklifin gecikmәsi” haqqında çoxdan eşitdiyim gülmәli bir lәtifә danışdım. Qulya gülmәdi, amma mәnim seçimimlә razılaşmalı oldu. Onda mәn әmin idim ki, vaxt gәlәcәk, uşaqlarımız ana dilini gözәl bilmәklә öz hәyatlarını istәdiklәri kimi qura bilәcәklәr. Bunun üçün mәnim nәlәr etdiyimi, nәlәrdәn keçdiyimi vә nәlәri qurban verdiyimi Qulyadan yaxşı kim bilirdi? Qulya mәnim burada keçirdiyim tәlәbәlik illәrinin hәr gününә bәlәd idi. Biz telefonda uzun-uzadı danışırdıq, bir-birimizә sovet poçtunun xırdaca konvertinә sığmayan “dastan” mәktublar yazırdıq, tәtillәri bir yerdә olurduq. Bu şәhәr vә o günlәr haqqında Qulya çox şeyi bilirdi vә kim bilir, bәlkә, vaxtilә mәni sevdiyi kimi dә Qulya bu şәhәri sevirdi. Qulya o vaxtlar da bura bir neçә dәfә gәlmişdi, biz onunla küçәlәri, parkları, dükan-bazarları әlәk-vәlәk elәmiş dik, hәtta mavzoleyә girmәk üçün bir dәfә növbәyә dә dayanmışdıq.

Evlәnәndәn sonra isә biz onunla burada beş-altı ay kirayәnişin yaşamışdıq vә burada davamlı qalmağa, yaşa mağa onda bizim, necә deyәrlәr, nәfәsimiz çatmamışdı. İki il әvvәl yenidәn gәlmişdik. Bu dәfә gәlmәmişdik, külәk bizi gәtirmişdi. Әlbәttә, buralar da, biz özümüz dә dәyişmişdik. Tәmasımız alınsa da, әvvәlki sәrbәstlik vә qayğısızlıq yox idi. Serafimov Posadda bizim kolbasa seximiz vardı. Bu sexi bәrpa etmәk, avadanlığı sazlayıb işlәk vәziy yәtә gәtirmәk, kömәkçi binaları, soyuducu kameraları qaydaya salmaq Qulya üçün tanış mәşğuliyyәt idi. O, bu işlәri elә keyfiyyәtlә yerinә yetirirdi ki, sanki öm rü boyu burada qalıb sex işlәdәcәkdi. Qulya ciddi texnoloq idi, ancaq biz sexi yalnız iki il işlәdә bildik: bazardan uzaq lığımız satışı әngәllәdi vә biz müflislәşdik. İstehsalın qurulmasına xeyli vәsait xәrclәmiş maliyyәçimiz ziyanın yarısından qayıtmağın xeyri haqqında hәqiqәti dәrk edәrәk, bir gün Yaroslavldan bizim yanımıza gәldi vә belә dedi: “Надо бы прекратить эту музыку а, Гуля, как ты думаешь?” Әldәn-әlә keçәrәk dağılmış, avadanlığı sıradan çıxmış bu sexin yenidәn qurulması üçün o da, Qulya da çox әziyyәt çәkmişdi: ümid edirdilәr ki, avadanlığı tәmir etdirmәklә, sexin istilik, su tәchizatı, soyuducu, kanalizasiya sistemlәrini yenidәn qurmaqla yaxşı mәhsul istehsal edib, qısa bir vaxt içindә vәziyyәtdәn çıxa bilәcәklәr. Bizim buraxdığımız kolbasa mәhsulları keyfiyyәtcә Moskvanın adlısanlı kombinatlarının mәhsulundan geri qalmırdı, ancaq bizdә, mәnim köhnә siyasi-iqtisad biliklә rimdәn doğan qeyri-texnoloq zәnnimcә, onlardan fәrqli olaraq, iki şey çatmırdı: yeni texnoloji imkanlar nәticәsindә maya dәyәrin aşağı salınması ilә aşağı keyfiyyәtli malın әmtәә görkәmini yaxşılaşdırmaq vә... әlbәttә, ticarәtin hәrәkәtverici qüvvәsi – reklam! Bizim “rәqiblәrimiz” tele kanalların әn aparıcı verilişlәrinә sponsorluq edirdilәr. Rus cәmiyyәti medianın dediyi sözә daha etiqadlıdır. Maliyyәçimiz dedi ki, Moskva kombinatlarının yerlәr dә, hәtta nisyә verilәn malını alıb-satmaq ona, öz fәrdi istehsalından fәrqli olaraq, 20 faiz gәlir verir. – Burada isә mәnim aylıq ziyanım dörd min dollardan artıqdır, – maliyyәçimiz peşmançılıq hissi keçirmәdәn әlavә elәdi. – Dözmәk lazımdır, – Qulya dedi. – İstehsalı azaltmaq, yüz kiloqramlarla deyil, kiçik partiyalarla satış prinsipinә keçmәk lazımdır. Bunun üçün bizә burada nәqliyyat lazım dır ki, biz özümüz dә әtraf kәndlәrlә, rayonlarla işlәyә bilәk. Bizim mәhsulumuzun keyfiyyәti heç kiminkindәn geri deyil. Sadәcә, satışı qura bilmәmişik. Maliyyәçimiz razılaşmadı. – Uzaqdı, – dedi, – gәlib-getmәk, aparıb-gәtirmәk olmur. Әziyyәt çәkirik. Seximiz әtlә işlәyәn müәssisә olduğu üçün on il әvvәl rayon memarı tәrәfindәn qәsәbәnin qırağına atılmışdı. Bu, illәr әrzindә hәlә dә narıncı boya parıltısını itirmәmiş bir Yuqoslaviya modulu idi: әtrafına metal torlu çәrçivәlәrdәn çәpәr çәkilmişdi, hәyәtindә cәrgә-cәrgә körpә ağcaqovaqlar әkilmişdi: yay-qış, üzәrindә qarğa sürülәri qışqırışırdı. Sexin xırda-para әt, sür-sümük tullantılarına gәlәn qara qarğaların, ümumiyyәtlә, xeyrә gәlәn quş olmadığını bildiyim üçün mәn onlara baxmağı xoşlamırdım. Qışda pәncәrә arxasından görünәn ağappaq çöl özünün bomboş, hәyatsız mәnzәrәsilә adamın canına Sibir geniş liklәrinin qarlı vahimәsini salırdı. Qumu çoxdan tükәnmiş köhnә, yarğanlı karxanaların yoxuşunda bir maşın, velosipedçi vә yaxud at arabası görü nәndә, istәr-istәmәz sevinirdik, ancaq bu sevinc Qulyanın çiyinlәrindә dayanmış ağır istehsalat vә mәişәt qayğılarının yükü altında tәlәyә düşmüş siçan kimi çırpınıb tez dә canını tapşırırdı. Hәrdәn bu qarlı çölә baxmaqdan usananda, mәn zәng vurub uzaqlarda qalmış dostlarla danışırdım: bәzәn әhval öldürәn bu mәnzәrәni onlara izah elәmәyә çalışırdım. Onlar bunu tәsәvvür elәyә bilmirdilәr. Bizim sexә su verәn qüllәnin tәpәsindәn daim axan su şırnağını qış külәklәri әtrafa sәpәlәyә-sәpәlәyә 35 dәrәcәlik şaxtada elә dondururdu ki, qüllә dәmiryol anbarlarının başı üstündә getdikcә böyüyәn buz dağına çevrilirdi. Qış әrzindә o dağı biz bir neçә dәfә balta vә külünglәrlә boruların qovşağına çatanacan çapmalı olurduq. Qulyanın işә götürdüyü qızlar özlәrilә gizlicә gәtir diklәri ucuz spirtdәn vura-vura növbәnin sonuna keflәnir dilәr. İşi qurtarandan sonra böyük qab-qazanları, stolları, әt doğrayan, farş - qarışdıran maşınları, şprisi, divarları şlanqdan axan güclü şırnaqla yuyanda, onlar qurşaqdan aşağı tamam islanırdılar. Vә elәcә dә, yaş şalvar, corab vә sairlә qışın şaxtasında rayon mәrkәzinәdәk yarım saatdan artıq piyada yol gedirdilәr. Bir dәfә mәn qızlarla qәsәbәyәdәk birlikdә gәldim vә onların әynindә islanmış şalvarların necә dond uğunu gördüm. Petrovnanın fәlsәfәsi mәnә yalançı vә uydurma göründü.

Qulya içkiyә aludәçilik göstәrәn qızları işdәn qovub, yerinә başqalarını götürürdü, ancaq tәzә gәlәnlәr әvvәl kilәrdәn dә pis çıxırdı. Biz qәsәbәnin mәrkәz hissәsindә tәlәm-tәlәsik tapa bildiyimiz, ağacdan tikilmiş köhnә bir komada gecәlәyirdik. Qışda nimdaş döşәmә taxtalarının altın dan soyuq sanki kondisioner ağzından içәri püskürürdü. Komada tәlәlәrlә vurduğumuz siçanları iki il әrzindә soyuducu kame - raya toplasaydıq, sexin bir günlük kolbasa normasını әtlә tәmin etmәk olardı. Kiçik otağımızda biz üçümüz dә döşәmәnin üstündә yatırdıq. Mәnim uzun kürkümü döşәyin altına atırdıq ki, yatağımızda istilik yaransın. İndi, maliyyәçimizin bәyanatından sonra, biz iki il әrzindә hәr gün soraqlaşaraq, nәhayәt, tapa bildiyimiz vә cәmi-cümlәtanı bircә hәftә gecәlәdiyimiz babat mәnzili dә tәrk etmәli idik. – Sәnin puluna heyifin gәlir, – Qulya maliyyәçimizә dedi. – Ancaq bax gör, bu iki illik zülmün müqabilindә biz nә qazandıq?! Gecәmiz-gündüzümüz yox, soyuq yerdә yatmaqdan böyrәklәrimiz yaman gündә, uşaq da mәktәbindәn oldu. Maliyyәçimizin günahı yox idi: yazıq, ağrımaz başına dәsmal bağlayıb, bizim üçün bu işә girişmişdi, nә qәdәr pulundan olmuşdu, üstәlik dә, bütün başqa işlәrini atıb, hәftәdә әn azı bir dәfә 200 kilometr yolu o baş-bu başa gedib-gәlmәk mәcburiyyәtindә qalmışdı. Amma Qulya qadın idi, öz mәntiqi vardı. O, doğrudan da, çox әziyyәt çәkmişdi vә adәti üzrә çoxdanışan olmasa da, indi bu mәqamda nәsә demәli idi. Bu boyda hәngamәdәn sonra maliyyәçinin dә, mәnim dә borcum onu düzgün başa düşmәk idik. – Yığışın gәlin Yaroslavla, fikirlәşәk görәk neylәmәk olar, – maliyyәçimiz dedi vә zahirәn bizimlә bәrabәr bu sex uğrunda çәkdiyi әziy yәt lә rinә zәrrә qәdәr dә heyifsilәn mәdiyini bildirәn sakitliklә, maşına oturub getdi. O, mәnә qumarda uduzmuş, amma bunun müqabilindә nәsә nәşәsi bizә o qәdәr dә yaxşı mәlum olmayan bir zövq almış adamı xatırlatdı. Bizim әsas evimiz elә sex idi: evә gecәdәn-gecәyә, yat mağa gedirdik. Yedәkçi maşın gәlib, soyuducu kameranı arxasına qoşub apardı. Kitabdakı yazılardan Qulya hesabladı ki, kamerada bizim on tondan artıq donuz әtimiz, iki ton kolbasamız, nә qәdәrsә sosiska-sardelkamız vә dörd ton yarım kotletimiz vardı. Mәn sexin qabağında oturub, kameranın altından çıxmış, material axtarışlarına, ölçü-biçilәrinә, qaynağına aydan çox vaxt sәrf etdiyimiz iki “eşşәyә” baxa-baxa fikirlәşirdim ki, üstündә yüz tondan artıq yük saxlamağa qadir bu möhkәm “eşşәklәri” yayda metal qırıntıları, butulka yığmaq adı ilә daim sexin hәndәvәrindә hәrlәnәn içki düşkünlәri dәrhal aradan çıxarıb, geydirmә arağa dәyişәcәklәr. Arağı içәndә isә onların heç yadına da düşmәyәcәk ki, o “eşşәklәri” kim, nә üçün düzәltmişdi. Onlar öz hәyatlarını çoxdan başa vurmuş adamlardı, onların bizi başa düşmәyә nә vaxtları, nә dә hәvәslәri vardı. Rusiya hökumәtinin cәfәng iddiaları nәticәsindә Azәrbaycanın milyonlarla ton natural şәrabından әli üzül müş rus әyalәti, texniki spirtin ağılı başdan dәrhal çıxaran hәr cür fraksiyasını içәrәk kütlәvi şәkildә qırılırdı. Lakin qırılmazdan әvvәl rus xalqının bir keflәnmәyi, bir dә ertәsi gün “poxmelitsa” elәmәyi vardı: prinsipcә mülayim, mehriban tәbiәtli rus xalqı bu iki – әqli cәhәtdәn tutqun, fiziki cәhәtdәn dәli vә amansız anlarında dünyanın әn dәhşәtli bir varlığına çevrilirdi. Mәn heyifsilәnmirdim. Maliyyәçimizin bizdәn imti nasına baxmayaraq, Moskvadan iki yüz kilometrlik bu mәsa fәdә, bәlkә dә, qalıb mәskunlaşmaq, müxtәlif vasi tә lәrlә kredit almaq, işә yeni donorlar vә şәriklәr cәlb etmәk - lә istehsalı davam etdirmәk olardı. Mәn sakitliyi, hәr cür hay-küydәn kәnarda yaşamağı sevirәm vә çox böyük mәmnuniyyәtlә sexin әtrafındakı çöl lükdә bir parça torpağı çәpәrә alıb, abadlaşdırar, orada uşaqlarım üçün ev tikәr vә ömrümün axırına qәdәr bu soyuq torpaqda öz isti duyğularımla әllәşәrdim. Amma rus adamının fiziki vә әqli cәhәtdәn bir-birini tamam layan o iki halı bu soyuq torpağa axıradәk ürәk qızdırmağa imkan vermirdi. – Bu sex orada bizim әlimizdә olsaydı, bütün şәhәri kolbasaynan tәmin edәrdik”, – hәrdәn Qulya “oranı”, bizim uzaqlarda qalmış günәşli vәtәnimizi, nәzәrdә tutaraq deyirdi. Mәn ona cavab vermirdim. Qulyadan fәrqli olaraq, orada mәnim sәnә - tim insanlar üçün kolbasa istehsal etmәk deyil di. Әtlә işlәmәkdәn mәnim, ümumiyyәtlә, xoşum gәl mirdi. Mәn özümü Qulyanın da, İbrahimin dә, hәtta bizim günәşli vәtәnimizdә qalıb, bizdәn ayrı yaşamaqla tәhsilini davan etdirәn Әlinin dә qarşısında günahkar sayırdım, çünki bizim başımıza gәlәn bu macәra, yәqin ki, bir az da mәnim heyvan öldürmәyi xoşlamayan sәnәtimin ucbatından ol muşdu. Xoşbәxtlikdәn, biz nә sәnәtimizlә, nә dә ailә qurulu şumuzla bağlı öz keçmişimizdә sәhv axtarmırdıq: belә alınmışdı, biz bunu olduğundan bir az da yumşaq qәbul edib yaşayırdıq. Ümumiyyәtlә, Qulyanı geri boylanmağa, olub-keçmiş lәri dönә-dönә xatırlamağa, dәrindәn tәhlil etmәyә hәvәsli adamlardan saymaq olmaz, o hәmişә bir az tәlaş, bir az da qorxu ilә dә olsa, yalnız irәli baxmağı xoşlayır.

Bu mәnada o mәnim tam әksimdir vә görünür, Allahın mәrhәmәti altında elә buna görә biz hәyatımızı böyük qәza lara uğramadan yaşaya bilmişdik. Biz Qırmızı meydana çıxıb, yavaş-yavaş Kremlin Spas darvazasına tәrәf addımladıq. Hәmişә olduğu kimi, meydanda yalnız turistlәrdi. Vaxtilә moskvalılar onların hamısını kinayәli tәrzdә “şәhәrimizin qonaqları” adlandırırdılar. O vaxtlar Moskva özünün lәhcәsi, sәkkiz milyon daimi sakini, üç milyon isә hәr gün gәlib-gedәn qonaq-qarası ilә hamı üçün böyüklük, nәhәng lik, eyni zamanda bir әlçat mazlıq vә zәnginlik rәmzi idi. Deyilәnlәrә görә, indi bu şәhәrin sakinlәrinin sayı az qala iki dәfә artmışdı vә şәxsәn mәn o zamanlar olduğu kimi, indi dә bu, gecә-gündüz dәhşәtli sürәtlә fırlanan insan vә hәyat dәyirmanının dәrinliklәrinә girmәk istәmirdim. Bilirdim ki, oradan geriyә qayıtmağa yolu mәn bir dә heç zaman tapa bilmәyәcәyәm. Mәn bu meydanı uşaqlarıma göstәrdim, buradakı bәzi şeylәrin tarixinә aid bir neçә kәlmә izahat verdim, fotoaparatla onların şәkillәrini çәkdim. Kim bilir, bir dә nә vaxtsa bizim ailәmizin buralara qayıdışı olacaqdımı? Mәn dә, yәqin ki, Qulya da neçә illәr әvvәl ilk dәfә bura birlikdә gәldiyimizi xatırlayırdıq. – Yadındadı, biz orada şәkil çәkdirmişdik, – mәn günbәzli mәbәd tәrәfi göstәrәrәk, Qulyaya dedim. Onda fotonu dәrhal çıxaran aparatlar yox idi vә mәn sonradan gәlib aldığım o fotoları haradasa itirdiyimә görә hәlә dә Qulyanın yanında xәcalәtli idim. Ancaq indi bunu yalnız Qulyanın kefini azacıq da olsa açmaq cәhdilә demişdim, çünki bizim hәyatımızda bu meydanla bağlı yeganә, kef açmayan da olsa, fakt hәmin itirilmiş fotolar idi. – Hardaydı? – Gülya mәn göstәrәn sәmtә baxa-baxa astaca soruşdu. Uşaqlar da nәsә soruşdular, mәn tәәssüflә dedim: – Onda hәlә siz yoxuydunuz. Uşaqları tәәccüblәndirәn, әlbәttә, onların özünün nә vaxtsa bu dünyada olmamaqları yox, xeyli o tәrәfdәki darvazadan kefi istәyәn hәr kәsin bu möhtәşәm Kreml divarlarının arxasına, Rusiya prezidenti iqamәtgahının hәyәtinә keçә bilmәsinin mümkünlüyü idi. Biz o tәrәfә getdik. Burada baş vermiş yeniliklәri – atlı heykәli, Manej meydanındakı dekorativ tikintilәri, sökülmüş “Moskva” mehmanxanasını, atlarla dolu fәvvarәlәri-filanı mәn televizorda görmüşdüm vә yaddaşımın bu şәhәrlә bağlı әbәdi xatirәlәrini korladıqlarına görә mәn onları o qәdәr dә xoş lamırdım. Mәn indi Әli ilә İbrahimә necә izah elәyәydim “Moskva” mehmanxan asının ikinci mәrtәbәsindәki restoranda alışarlı qoca Mәhәmmәd kişi ilә ömrümün әn dadlı qırmızı borşunu yediyimi?

Nә mehmanxana varıydı, nә qoca Mәhәmmәd kişi, nә o dad, nә dә növ rağı pozulmuş hәmin xatirәlәrin bütöv mәnzәrәsi... Bütün bunların olmadığı yerdә keçib-getmiş ömrün qәti vә tәkzibedilmәz bir zaman forması Kremlin on yeddinci qüllәsi kimi yuxarıdan aşağı mәnә baxa-baxa sanki tәslim olmağı tәlәb edirdi. Mәgәr mәn müqavimәt gös - tәrirdim? “İtirdiklәriniz haqqında hikkәsiz düşünmәyi öyrәnin”, – bunu bizә buradan bircә kilometr o yanda yerlәşәn binada qoca bir müәllim deyirdi: “Çünki siz dünyanın bütün boşluqlarını doldurmaq üçün yaradılmış antivakuum maşınlarısınız. Vә darvazadan içәri keçәndә sol tәrәfdәki pәncә - rәyә salam verin: orada maşınları çox sevәn Platonov yaşayıb.” Maşınlara olan sevgisini hәr sәhәr hәyәt süpürgәsilә bölüşmәyә vә elә o zaman da antivakuum istehsalı ilә mәşğul olan bu minizavodun bir küncündә yaşamağa mәcbur olduğuna görә Platonova bizim heyifimiz gәlirdi. Ancaq pәncәrәyә salamı heç dә hamı vermirdi. Mәnim uşaqlarım Aleksandr bağının darvazaları qәdәr böyük vә tәmtәraqlı darvaza heç yerdә görmәmişdilәr. Ayaq lәngitmәklә mәn onlara imkan verdim ki, bu darvazaların tәkcә ölçülәrini deyil, hәm dә bәzәkdüzәklәrini, dümdüz qamәtini, әn başlıcası isә rus padşahı tәrәfindәn yüz il әvvәl buraya qoydurulduğunu yadda sax lasınlar. Çünki darvaza özözlüyündә başlanğıc vә sonuc әlamәtidir – bu iki mәfhumun mahiyyәtinin dәrki, zәnn edirәm ki, bu dünyada tәkcә antivakuum maşın ları üçün yox, çox ları üçün gәrәklidir. Bu bağda namәlum әsgәrin alov, qranitlә vә tuncla bәzәnmiş mәzarı bundan başqa, sәhv etmirәmsә, bolşevik şәbihlәrilә dә bağlı tәmtәraqlı nәsә var dı. Fәvvarәlәrә tunc әzәmәti verәn atlar sanki yolun o biri üzündәki çar tövlә sindәn indicә çıxıb, su içmәk üçün hovuza tökülüşmüşdülәr. Amma qәribәdir ki, bu bağ mәnim üçün mövcud olduğu gündәn indi - yәdәk qoruyub saxladığı vә daha da gözәllәşdirdiyi mәnzәrә özәllik lәrilә deyil, heç zaman mövcud olmamış bir adamın hәyatında hәlledici bir hadi - sәnin mәkanı olduğuna görә әziz vә unudulmaz idi. Mәn uşaqlarıma bu haqda heç nә demәdim, çünki onlar Marqarita xanımı tanımırdılar. Biz Kütaf qüllәsindәn başlanan adam axınına qoşulub içәri getmәdik, vaxt imkan vermirdi. Hәr ehtimala qarşı mәn dedim: – Qalsın, inşallah, gәlәn dәfәyә. – E-eh, gәlәn dәfә... – Qulya mızıldandı. – Gәlәn dәfәyә kim ölә, kim qala.

Biz bu şәhәrin әn mәşhur küçәsilә yavaş-yavaş Kremldәn uzaqlaşmağa başladıq vә küçәboyu, necә dә olmasa, uşaqlara göstәrmәyә nәsә tapmaq mümkün idi. İndinin özündә dә havanın yaxşı vaxtlarında bu küçәdәn keçmәyi hamı xoşlayır. Hәr daşı, tini, mağazası, restoranı tanış, qırmızı qranit şalvarlı bu küçәnin hәr iki sәkisi boyu mәn yüz dәfәlәrlә o baş-bu başa addımlamışdım. Mәnim tәlәbә dostumun buradakı kafelәrdәn birindә olmuş toyunda Qulya da iştirak elәmişdi. Bizim toylardan xeyli fәrqli bu mәrasimi Qulya hәmişә xatırlayırdı: toyun böyük tәmtәraqdan uzaq sadәliyi vә oradakı adamların sәrbәstliyi onun xoşuna gәlirdi. Ancaq bu toy çoxdan olmuşdu, evlәnәnlәr dә moskvalılarsayaq çoxdan boşanmışdılar, hәtta kafenin qapısı üzәrindә bütün Moskvaya tanış olan adın yazılış forması da dәyişmişdi. Ona görә mәn gürcü şәrabının reklam tәzahürlәrindәn biri olan bu lövhәnin yaxınlığında ayaq saxlayıb, Qulyadan buranı tanıyıb-tanıma - dığını soruşanda, o duruxdu vә yalnız yaxınlıqdakı atlı heykәlinin adını oxuyandan sonra dedi: – Hә-ә... Saşanın toyu!.. Uşaqlar yenә nәsә cükküldәşdilәr. Mәn dedim: – Onda siz yoxuydunuz. Mәnә elә gәldi ki, uşaqlar nә vaxtsa bu dünyada, elәcә dә bu şәhәrdә olmadıqlarına şübhә etmәdәn, olmaqla olmamağın fәrqini özlәri üçün müәyyәnlәşdirmәyә çalışdılar vә nәdәnsә bu, mәnә әlavә könül xoşluğu gәtirmәdi. – Deyәsәn, biz heç indi dә yoxuq, – Әli gülә-gülә dedi. Ancaq nahar etmәyә uşaqları mәn bu kafeyә yox, bir az aşağıdakı rus kafesinә apardım. Biz siyәnәk balığı ilә soyutma kartof, xamalı pelmeni yedik, limonad içdik: uşaqların xoşuna gәldi. Vә mәnim dә xoşuma gәldi ki, nәhayәt, yay tәtilinin bir neçә gününü bizimlә keçirmәk üçün buralara gәlib çıxa bilmiş Әli mәhz bu kafedә, özü kimi cavan moskvalıların qaynaşdığı adi yemәkxanada nahar etmәkdәn mәmnun qaldı. – Gördün ki, varsınız? – stolun üstündәki boşalmış qabları göstәrәrәk, mәn dedim. Әgәr Әli rus olsaydı, yәni biz dә rus millәtinin nümayәndәlәri olsaydıq, mәn onu cibindәki az mәblәğlә, heç nәdәn çәkinmәdәn bu nәhәng şәhәrә tullayıb çıxıb gedәrdim. Әli bacarıqlı uşaqdı, o qalardı, haradasa işә düzәlib çoxları kimi pul qazana bilәrdi. Ancaq mәn Әliyә hәlә körpә vaxtlarından başlayaraq, bu dünyada “olmağın” tәkcә pul qazanmaqdan ibarәt olmadığını öyrәtmişdim, ona görә dә bu haqda mәn yalnız fikirlәşdim, heç nә demәdim vә xatırladım ki, bir vaxtlar mәn hәr kәsin öz Moskvasının olması fikrinә tәrәfdar çıxmışdım. Bizim hәyatımız hәlә dә bu normal fikrә qarşı çıxanların inadlı müqavimәtilә dolu idi. Bu müqavimәt bәzәn aparıcı gücә çevrilib bizi әzirdi. Buna görә indi biz buradaydıq vә elә buna görә dә biz bizim olmayan bu şәhәrin küçәlәrindәn ürkәk qonaq nәzakәti vә hәr an kimlәr tәrәfindәnsә dayandırılmaq tәhlükәsinin soyuq kölgәsi altında keçib gedirdik. O cür möhtәşәm vә parlaq gözәllikdәn sonra belә adi, tökmә naxışlı çuqun çәpәrin, hündür meşә ağaclarının vә mәnasız kolluqların sıxlaşdığı darıxdırıcı bağın arxasında rәngi xeyli bozarmış ikimәrtәbәli bu bina nә idi ki, mәnim uşaqlarımı heyrәtlәndirsin? Hәtta bağın ortasında özü ucalıqda qara postamentin üzәrindә bekarca dayanmış tunc heykәl dә onların diqqәtini çәkә bilmәdi. Onlar binaya, bir az solda, hündür metal tor arxasındakı voleybol meydançasına nәzәr salıb, hәyәtdәki ölü sakitliyi vә kimsәsizliyi bir daha öz içlәrindәn keçirib, mәnim yerimdәn tәrpәnmәmәk inadıma tәәccüblәndilәr. Onlar çәpәr boyu daha maraqlı mәnzәrә vә gözәlliklәr görmәk arzusu ilә yavaşca irәli addımladılar: sol tәrәfdәki xiyabandan öz füsunkar görkәmilә tunca çevrilmiş başqa bir rusun heykәli vә onun әtrafındakı qәlәbәlik onları sәslәyirdi. Mәn onların qarşısında dayanıb dedim: “Mәn burada oxumuşam. Bura mәnim doğma mәktәbimdir.” Bizi bürümüş ağır reallıq indiki halda, әsasәn ayrılığın acısından ibarәt olduğu üçün beş illik hәyatımın burada qalmış anları haqqında tәzә xәbәr dә mәnim ekskursantlarımın kefindә әsaslı dәyişiklik edә bilmәdi. Ancaq onlar bayaqkından xeyli diri maraqla bağa, binaya, әtrafa baxdılar. – Bir dәfә televizorda da göstәrmişdilәr ey buranı, – İbrahim dedi. – Bura mәnim tamam yadımdan çıxıb, bir az başqa cür tәsәvvür elәyirdim, – Qulya astadan dedi. Çuqun hasarın iki çәrçivәsindәn ibarәt darvazanı yüngülcә itәlәdim, üstündәki köhnә qıfıl ağzını ayırıb әsnәdi vә biz hәyәtә keçib dayandıq ki, qarovulçu gәlib çıxsın. Mәn sola dönüb toz basmış pәncәrәyә ucadan: – Salamәleyküm! – dedim. Bu an Andrey Platonoviçin “evindәn” dәrhal çıxan saqqallı bir oğlan bizә yaxınlaşdı. Çox güman ki, tәlәbә idi, hәm dә qarovulçu işlәyirdi. Mәn ona mәsәlәni izah elәdim vә o bizi hәyәtә buraxıb, peyda olduğu kimi dә dәrhal yoxa çıxdı.

Әgәr o, tәlәbә idisә, indi, yayın bu isti, tәtil günündә, içәri qapanıb, mütlәq nәyinsә üzәrindә işlәyirdi vә darvazadan o yandakı yenilmәz, zәngin, әlçatmaz Moskva ilә ilk döyüşlәrә öz ordularını sәfәrbәr edirdi. Bu balaca hәyәti gәzmәdәn, bağdakı toz basmış, üstündә qarğaların ağ ziyillәri qurumuş skamyaların birindә oturmaqla da seyr etmәk mümkün idi. Biz o skamyalardan birinә yaxınlaşanda, bağda heykәli qoyulmuş kişini universitet kitabından tanıyan Әli onun burada niyә olması ilә maraqlandı. Mәn dedim ki, o, iki yüz il әvvәl bu binada doğulub, bu hәyәtdә boya-başa çatıb; bu ev onun dayısının olub. Mәn istәdim onlara deyәm ki, insanın harada doğulmasının, kimlәrin әhatәsindә, necә boya-başa çatmasının vә doğulduğu evlә, torpaqla bütün hәyatı boyu ayrılmaz şәkildә bağlı olmasının çox mühüm әhәmiyyәti var. Ancaq mәn bu sözlәri deyә bilmәdim, çünki hәm indiki halda, hәm dә uzaq keçmişdә şәxsәn mәnim nümunәm bu müqayisәyә tamamilә zidd idi. Mәn onları heykәlin yanında qoyub, evә tәrәf gedә-gedә fikirlәşirdim ki, heykәlә çevrilmiş adamın özü bütün hәyatını Avropa mühacirәtindә keçirdiyi, hәtta ölmәyә dә bura gәlmәdiyi halda, çoxlarının, o cümlәdәn buradan min kilometrlәrlә uzaqda doğulmuş Andrey Platonoviçin dә adı bu evlә әbәdi qoşalaşıb. Ukraynada doğulmuş başqa biri isә bütün dünyanın allahsızlıq rәmzi kimi tanıdığı, ehtiyat etdiyi vә sevmәdiyi qırmızı zamanın bir parçasına bu evdә elә divan tutmuşdu ki, o heç heykәlin yuxusuna da girә bilmәzdi. Mәn ilk dәfә Qurani-Kәrimi oxuduğum “Oxu zalı”nın böyründә ayaq saxladım: binanın baş girişinin yaxınlığında hәyәtin bir qırağına sığınmış bu ayrıca damça, gәrәk ki, dayının mәtbәxi olmuşdu. Bu damçanın çölü dә, içәrisi dә eyni dәrәcәdә köhnә vә yaraşıqsız idi. Ancaq burada çalışan insanlar onun içinә xalça sәrib, stol düzәrәk, min bir fәnd-fellә onu kitab oxumaq, oxuduğundan nәsә anlamaq vә zövq almaq üçün rahat bir bucağa çevirmişdilәr. Bәlkә dә, belә rahatlığına görә “Oxu zalı” o zaman ölkәdәki minlәrlә ortabab qәsәbәnin kitabxana guşәsilә müqayisәdә uduzardı, amma onların heç birindә Qurani-Kәrimi, elәcә dә hәmin ukraynalının yazdığı bir çox kitabları oxumaq o zaman mümkün deyildi. Mәn hәmin unudulmaz günlәrin xatirәsi altından başımı qaldırıb, nә pәncәrәyә, nә suvağı diksinmiş divara, nә dә içәri baxmağa cürәt etdim: çünki önündә durduğum nә vardısa, hamısı mәnim xәyalımda bütün şöv - qünü vә gözәlliyini yaşatmaqla onları gün-gündәn artırdığı halda, әsl hәqiqәtdә bir az da qocalmışdı, bir az da köhnәlib, әvvәlki cazibәsini itirmişdi.

Tәәssüf ki, bu müqayisәlәri aparmaq vә onların rayihәsini keçmişin, yәni itirilmiş gәncliyin gözәlliyinә calamaq üçün adam özü dә mütlәq qocalmalıdır. İtirdiklәriniz haqqında hikkәsiz düşünmәyi öyrәnin. Mәn baş girişin pillәkәnlәri üstünә qalxmadım, şüşә xonçalı ağır qapının incәlmiş ağac әlcәyinә toxunmadım, zirzәminin hәyәtә boylanan balaca pәncәrәlәri önündәn keçib, tini buruldum vә özümdәn asılı olmadan әlimi binanın avqustda da qızmayan sәrin canına toxundurdum. Nәdәnsә bu anlar mәnim üçün çox xoş oldu: heykәlin yanında mәni gözlәmәsәydilәr, bәl kә dә, bir neçә saat bu hәyәtdә daşı-divarı, ağacları sığallaya-sığallaya gәzib dolanar, heykәlin dediyi kimi, “olub-keçәnlәr” haqda bir daha fikirlәşәrdim. İndi vaxt darısqallığı üzündәn mәn fikirlәşmәk istәmirdim, bu hәyәtlә bağlı mәnim yaddaşımda olanların hamısı ildırım sürәtilә şaxıyıb bir anın içindә yox olurdular. Rәhbәrliyin gözünә görünmәmәk üçün mәhz bu tindә dayanıb, tәnәffüs zәnginin vurulmasını gözlәyirdim ki, içәri gedim. Mәn Qulyanı kәndә qoyub qayıtmışdım vә hәmin an Kreml divarının dibindә çoxdan ölmәyә hazırlaşan bir kişini dәfn edirdilәr. Әslindә hәmin vaxt şәhәrin mәrkәzi hissәsinә nәqliyyatın girişi tam dayandırıldığına görә mәn dәrsә gecikmişdim. Moskvanın mәrkәzindә gecә saat 3-4-dә dә elә sakitlik olmur. Üçüncü mәrtәbәlәrdәki qapalı, ikiqat pәncәrәlәrdәn lektorun rәvan nitqinin yorğun avazı eşidilirdi. Birdәn toplardan açılan yaylım atәşi gurladı vә әtraf binaların fasa - dında әks-sәda verәn bu atәş sәsinә cavab olaraq, bağdakı uca ağac lardan havaya qalxmış böyük qarğa dәstәsi qarıldadı: “Qaaarrrrr-a-a-a-a-a-arararar!” Çox-çox sonralar bir amerikalı tәsadüfәn mәnә izah elәdi ki, qarğa adi quşlardan çox fәrqlәnir. O dedi ki, qarğa xәbәrin rәmzidir. Özü dә adәtәn pis xәbәrin rәmzidir. Mәn onunla tam razılaşmadım, çünki mәnim doğulduğum mәmlәkәtdә xәbәr rәmzi qarğa yox, sağsağan idi. Vә sağsağan bizim evә hәmişә, yanlışsız olaraq xeyir xәbәrlә gәlmişdi. Ona görә dә mәn amerikalının heç nәyinә xәtir sağsağanın haqqını qaralayıb qara qarğaya verә bilmәzdim. Moskvanın mәrkәzindә bu burjua malikanәsinin mәnim hәyatıma nә dәxili ola bilәrdi? Mәn bura nә üçün gәlib çıxmışdım? Qısa insan ömrünü әn adi şeylәrdәn ötrü belә uzaq mәsafәlәrә xәrclәmәyә nә hacәt varmış, görәn, ey böyük sәnәtkar!

Hәqiqәtәn dә, gәnclik qәddarcasına nadandır. Hәyәtdәn çıxıb gedәndә dә qarovulçu tәlәbәni görmәdik. Qıfılın ağzını yumduq ki, darvazanın bağlı olması buradan keçәn hәr kәsә aydın olsun vә heç kim Moskva ilә döyüşә ordularını sәfәrbәr edәn saqqallı tәlәbәni öz vacib işindәn ayırmasın. Bizi qara heykәlin uzaqlara dikilmiş işıqlı baxışları, bir dә Andrey Platonoviçin toz basmış tünd pәncәrәsindә әks olunan cökә yarpaqlarının xәfifcә titrәşmәsi yola saldı. Vağzala getmәk üçün biz darvazadan çıxıb sola burulduq ki, fәvvarәlәrin, gül lәklәrinin vә pivә çadırlarının arasından keçib metro lağımına girәk.