Tərcümə Mərkəzinin Avstriya Nümayəndəliyinin rəhbəri ilə görüş

Bölmə: Xəbər 22.01.2019

 

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin Avstriya Nümayəndəliyinin rəhbəri Yaqut Abdulla yanvarın 22-də Mərkəzin İdarə Heyətinin sədri Afaq Məsudla görüşüb.

Görüş zamanı Azərbaycan ədəbiyyatının Avstriyada təbliği və tanıdılması istiqamətin­də nəzərdə tutulan bir sıra məsələlər müzakirə edilib. Bu sıradan Mərkəzin ötən il Almaniyada işıq üzü görmüş və paytaxt Berlində təqdimatı keçirilmiş “Sirr – Azərbaycan hekayələri” kitabının Avstriyada da təqdimatının təşkili, toplunun ölkə kitabxanaları və universitetlərinə yerləşdirilməsi, eləcə də Mərkəz tərəfindən alman dilinə tərcüməsi və nəşri nəzərdə tutulan digər perspektiv layihələrlə bağlı fikir mübadiləsi aparılıb.