Real hadisələr əsasında yazılmış 10 məşhur əsər

Bölmə: Art 11.02.2019

 

Cəmiyyətdə böyük rezonans do­ğuran bəzi cinayət ha­disələri sonralar bir çox yazıçıların yaradıcılı­ğında öz əksini tapır. Bü­tün dövrlərdə kriminal ha­disələr əsasında yazılmış detektiv əsərlər oxucular arasında populyarlıq qa­zanıb. Aşağıda real ci­nayət hadisələrinə əsas­lanan 10 məşhur əsərin siyahısını təqdim edirik.

 

 1. Frensis Skott Fitsceraldın “Böyük Getsbi” romanı

Fitsceraldın bu romanı Şi­mali Dakotada fermer ailəsin­dən olan Ceyrns, yaxud Cinimi Qets (Cey Getsbi) adlı oğlanın həyatından bəhs edir. Gözünü açandan məhrumiyyətlər için­də böyümüş yoxsul Cey yetkinlik yaşına çatdıqdan sonra kasıblığın daşını ata bilir və az sonra Nyu-Yorkda – Long-Aylenddə ən varlı insanlardan birinə çevrilir. Cey çoxlu pulu olan mahir fırıldaqçıdır. Qara bazar­da Getsbinin əsas partnyoru özü kimi qanunsuz yollarla pul qaza­nan Meyer Volfsxaymdır. Meyer Volfsxaym obrazı da real həyat­dan götürülüb. Meyer Volfsxaym varlı qumarbaz, kazinosu, eləcə də bahalı cıdır atları olan Arnold Rotşteynin prototipidir. Rotşteyn Manhettendə məşhur “Park Central” hotelində qumar masası arxasında öldürülüb. Ma­hiyyətinə görə, “Böyük Getsbi” romanı bədnam “Amerika arzu­su” haqqında ibrətamiz hekayətdir. Məhz Rotşteynin həyatını təsvir etmək məqsədi daşıyan əsər, onun cinayətkar fəaliyyəti­nin çiçəklənən dövründə – qısa müddətdə varlandığı 1920-ci il­lərdə qələmə alınıb.

 

2. Teodor Drayzerin “Amerika faciəsi” romanı

“Böyük Getsbi” əsərində oldu­ğu kimi, Amerika naturalizminin əsas tərəfdarlarından olan Teodor Drayzerin “Amerika faciəsi” romanında da real cinayət hadisə­sindən bəhs edilir. Hər iki əsər 1925-ci ildə nəşr olunub. Drayze­rin əsas qəhrəmanı Klayd Qriffits qatı yevangelist valideynlərin ye­ganə oğludur. Böyük şəhərin cazi­bəsinə düşən Qriffits get-gedə al­koqollu içkilərə qurşanır, pozğun həyat tərzi sürməyə başlayır. Ro­berta Olden adlı qadına vurulma­sı isə onun həyatını tamam məhv edir. Bir müddət Roberta ilə yaxın münasibətdə olan Klayd əvvəlcə həyatından çox məmnun görünür.

Lakin Roberta ondan uşağa qalır. Məhz həmin dövrdə Klaydın gözü daha yüksək təbə­qəyə mənsub bir qıza düşmüşdü.

Robertadan və dünyaya gələcək uşaqdan yaxa qurtarmaq üçün Klayd, Robertanı öldürmək qəra­rına gəlir. Lakin cinayətin üstü açılır, Klayd həbs olunur, məhkə­mə qurulur və o, edam edilir.

Drayzer bu iddialı romanı yaz­mazdan əvvəl varlı bir fabrikantın qardaşı oğlu, 1906-cı ildə məşuqəsini və onun dördaylıq körpəsini qət­lə yetirmiş Çester Jilyett haqqında məlumat toplayıb. Əsərin qəhrə­manı ilə Jilyettin həyatının oxşar cəhətləri belə deməyə əsas verir ki, Drayzer məhz 22 yaşlı Jilyettin həyat tarixçəsini qələmə alıb.

 

3. Reymond Çandlerin “Hündür pəncərə” romanı

Reymond Çandlerin 1942-ci ildə qələmə aldığı roman detektiv Filip Marlou, eləcə də hakimiyyət və pul hərisliyi haqqında yazılmış ən məşhur əsərlərdəndir. İtmiş nadir pul sikkəsini tapmaq üçün adam tutan Marlounun başı ailə dramına qarışır. Əvvəlcə gənc müğənni qız Linda Konkvest itir, sonra isə onun qətli ilə bağlı təhqiqat aparılır. Ro­man, əslində, Neda Doeninin başı­na gələn hadisələrdən qaynaqlanır. Neda Doeni Kaliforniyanın ən zən­gin neft sahibkarlarından biri olub.

 

4. Edqar Allan Ponun “Günahkar ürək” hekayəsi

Eqar Ponun ən qorxulu əsərlərindən olan “Gü­nahkar ürək” hekayəsi naməlum şəxsin onunla eyni evdə yaşadığı qoca­nı qətlə yetirməsindən bəhs edir. Onun qətl törətməsinə səbəb qo­canın göz qarasına ağ ləkə düşməsi olur. Məhz bu “pis göz” onu özündən çıxarır. Qo­canı öldürdükdən sonra o, meyiti hissələrə bölüb evin döşəməsinin altında gizlədir. Lakin tədricən o, dəli olur və tez-tez “döşəmənin al­tında qocanın ürək döyüntülərini eşidir”... Bu səsdən tamamilə ağlı­nı itirən qatil axırda özünü polisə təslim edir.

“Günahkar ürək” əsərinin əsas mahiyyəti odur ki, burada kütlə­vi ədəbiyyatda olan kriminal psi­xologiyanın ən erkən və ən qaba­rıq təsvirləri var. Bəlkə də Edqar Po bu hekayəni 1830-cu ildə Massaçusets ştatının Salem şəhə­rini silkələyən qətl hadisəsindən təsirlənərək yazıb. Kapitan Cozef Uayt, Salemin ən dəbdəbəli mülklərindən birində yaşayırdı. Ömrünün sonuna qədər bu evi heç kim tanımamışdı. Kapitanın ölümündən sonra istintaq evdə heç nəyə əl vurulmadığını müəyyən etmişdi. Sonradan işin üstü açılmış və məlum olmuşdu ki, kapitan Uaytı onun öz qarda­şı nəvələri Uayt Cozef Knapp və Con öldürüblər ki, varidatını ələ keçirsinlər.

 

5. Edqar Allan Ponun “Mari Rojenin sirləri” hekayəsi

Ehtimal edilir ki, Edqar Po bü­tün məşhur qorxulu hekayələrini Şerlok Holmsun prototipi olan Ogüst Düpen haqqındakı detek­tiv əsərlərini yazdığı üsulla, yəni real kriminal hadisələrdən is­tifadə etməklə yazıb.

“Mari Rojenin sirri” hekayəsində 1842-ci ildə Düpen və onun adsız dostu (doktor Vatsonun prototipi) olan gənc parisli qadının açılmayan qətlindən bəhs edilir. Hekayədə yazıçı, Meri Sesiliya Rocersin səs-küylü cinayət işi haqqında öz fikirləri­ni bölüşür. Qətlə ye­tirilmiş Meri Sesiliya Rocersin meyiti Nyu-Cersinin Hoboken  şəhərindəki Sibilla mağarasında ta­pılmışdı.

 

6. Stiq Larssonun “Əjdaha döyməli qız” romanı

Stiq Larssonun “Millenium” silsiləsindən olan “Əjdaha döy­məli qız” romanı əxlaqsız qadınlardan bəhs edir. Roman yazıçının ölümündən sonra, 2005-ci ildə nəşr edildi və bestsellerə çevrildi. O vaxt­dan indiyə qədər bütün dünya­da milyonlarla nüsxəylə satılır, saysız-hesabsız müəlliflər isə bu əsərin ardını yazmaq fikrindədir. Əvvəllər jurnalist olmuş Larssonun romanı yazmasına 28 yaşlı fahişə və narkotika aludəçisi Katrin da Kostanın ölümü səbəb olmuşdu. O, romanı Katrin da Kostanın ölüm səbəblərinin araşdırılması zamanı yazmışdı. Əv­vəlcə ehtimal edilirdi ki, qızı, biri məhkəmə patoloq-anatomu olan iki həkim öldürüb. Lakin sonra­dan bu ehtimal özünü doğrutlmadı və həkimlər bəraət aldılar. Bununla belə güman olunur ki, romanın personajı Lisbet Salanderin həyat tarixçəsinin əsasında Lisbet adlı qızın zorlanma hadisəsi dayanır.

 

 7. Fyodor Dostoyevskinin “Cinayət və cəza” romanı

Fyodor Dostoyevskinin 1866-cı ildə yazdığı “Cinayət və cəza” romanı ədəbiyyatda əsl hadisəyə çevrildi. Oxucu, özünü adam öldürməyə “haqqı çatan” insan hesab edən Raskolnikovun yaşantılarına, fikirlərinə, düşüncələrinə biganə qala bilmir. Dostoyevski bu romanı yazanda adam oldürmək onun üçün “su içmək kimi asan” olan fransız şairi və cinayətkarı Lasenerdən “ilhamlanıb”. Lasener öz cinayətlərinə haqq qazandıraraq deyirdi ki, o, cəmiyyətin qurbanıdır və adam öldürməklə sosial ədalətsizliyə qarşı mübarizə aparır.

 

 8. Deşil Hammetin “Qan biçini” romanı

1929-cu ildə Deşil Hammetin romanı işıq üzü görəndə detektiv janrında romanları – daha çox şəxsi malikanələrdə baş verən əcaib cinayət hadisələrinin təsvirindən ibarət əsərləri ingilis yazıçıları yazırdı. Bu cinayət hadisələrini tanınmış xüsusi detektivlər araşdırırdı. Hammet isə detektiv janrında olan fantastik hadisələri bütün reallığı və amansızlığı ilə təsvir edirdi.

“Qan biçini” romanında hadisələr Personvill şəhərində baş verir. Şəhərdə tez-tez cinayət hadisələri baş verdiyindən, bura, daha çox Poyzonvill kimi tanınır. Şəhərə detektiv agentliyinin əməkdaşı gəlir. O, araşdırma zamanı aşkara çıxarır ki, Personvill şəhərini, faktiki olaraq, cinayətkar dəstələr idarə edir. Romanın süjeti 1912-ci ildən 1920-ci ilə qədər Montana ştatında həmkarlar ittifaqının lideri olmuş Frenk Littlin verdiyi işgəncələrdən cana doymuş mədənçilərin real tətilinə əsaslanır.

  9. Devis Qrabbın “Ovçunun gecəsi” romanı

1953-cü ildə Devis Qrabbın “Ovçunun gecəsi” romanı nəşr olunur, 1955-ci ildə isə eyniadlı film ekranlara çıxır. Romanda cinayətkar Harri Pauellin öldürülməsindən bəhs edilir. O özünü təmiz adam kimi qələmə verərək oğru Ben Harperin arvadı Ville Harperlə tanış olur. Harperin oğurladıqlarını ələ keçirmək üçün Pauell əvvəlcə Villeni, sonra isə onun uşaqlarını qətlə yetirir.

Romanda təsvir olunan hadisələr ABŞ-dakı Böyük Böhran fonunda baş verir. Harri Pauell obrazının prototipi isə 1930-cu illərdə Qərbi Virciniyada real silsilə qətllər törətmiş Harri Pauersdir.

 

10. Entoni Bercessin “Zavod portağalı” romanı

“Zavod portağalı”, şübhəsiz ki, bu siyahıda ən kədərli kitabdır. Britaniya yazıçısı Entoni Bercessin romanı yeniyetmələr arasında zorakılığın artdığı İngiltərənin iç üzünü açır. Aleks ingilis-rus jarqonları ilə danışan dəstənin başçısıdır. Aleks Lüdviq van Bethovenin musiqisinə və süddə qarışdırılmış narkotiklərə aludə olub. O öz cinayətkar dəstəsilə gecələr “ova” çıxır. Bu zaman yeniyetmələr bir-birinə qənim kəsilir, hətta qətllər törədirlər. Bercess öz romanını İngiltərədə müharibədən sonrakı “teddi-boys” mədəniyyətinə əsaslanaraq yazıb.

 

Hazırladı: N.Əliyeva