Kütləvi informasiya vasitələrində yer almış qüsurlu mətnlərdən nümunələr

ŞƏRHSİZ

“ZARAtustra” açılacaq - FƏRDİ SƏRGİ

25.02.2019

SİA-nın məlumatına görə, 2008-ci ildən Fransada yaşayan sənətkarın yaradıcılığı, dilin mürəkkəbliyi və məhdudiyyətlərini, habelə gender məsələləri ilə bağlı problemləri araşdırır (?)

*  *  *

Sərginin adı, “ZARAtustra”, özlüyündə, müasir sürətli modanın sinonimi sayılan (?), dünya səviyyəli məşhur ticarət nişanı (?) “ZARA”, habelə müasir Azərbaycanın tarixinə və mədəniyyətinə hələ də əhəmiyyətli dərəcədə təsir göstərən, zərdüştlük dininin banisi Zərdüştün (həmçinin "Zaratuştra" kimi də istinad edilir) adı ilə oxşarlıq təşkil edən söz düzəltməsidir (?).