Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatları sahiblərinə təqdim olundu

Bölmə: Xəbər 16.05.2019

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin ölkədə dil və tərcümə işinin təkmilləşdiril­məsi, peşəkar mütəxəssislərin müəyyən edilməsi istiqamətində keçirdiyi növbəti Seçim Turları başa çatıb. İctimai-siyasi, elmi-texniki, təhsil, turizm, maliyyə, iqtisadiyyat, ilahiyyat, tibb, hüquq, sosial, mədəniyyət sahələri və dillər üzrə (ingilis, türk, ərəb, alman, rus, fransız, italyan, Çin və ivrit) turlardan uğurla keçmiş tərcüməçilərə sertifikatlar təqdim olunub.

Mərkəzin İdarə Heyətinin sədr müavini, Seçim Turunun rəhbəri Vilayət Hacıyev sertifikatların təqdimat mərasimində turların başlıca məqsədinin ölkədə dil və tərcümə sahəsinin təkmilləşdirilməsi, peşəkarların aşkarlanması olduğunu, ərsəyə gətirilən işin müvafiq sahənin inkişafına əlamətdar töhfələr verəcəyini, ölkənin dil və tərcümə sahəsində, tədricən də olsa, nizam yaradacağını bildirib.

 

2019-cu ilin I rübü üzrə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin sertifikatına aşağıdakı tərcüməçilər layiq görülüb:

 

  1. Seytlin Aleksey – (ingilis-rus) hüquq sahəsi üzrə;
  2. Fətiyeva Əminə – (ingilis-Azərbaycan) texniki sahə üzrə;
  3. Mecidova Əmirə – (Azərbaycan-ingilis-Azərbaycan) ictimai-siyasi sahələr üzrə;
  4. Orucova Nigar – (rus-Azərbaycan) ictimai-siyasi, elmi-texniki, təhsil sahələri üzrə;
  5. Məmmədova Ruqiyyə – (rus-Azərbaycan) hüquq və tibb sahələri üzrə;
  6. Alıyeva Kəmalə – (rus-Azərbaycan) hüquq, texniki, elmi-ədəbi sahələri üzrə;
  7. Nəcəfov Orxan – (Azərbaycan-rus-Azərbaycan) beynəlxalq münasibətlər, tarix, hüquq sahələri üzrə;
  8. Kazımova Xatirə – (Azərbaycan-rus) iqtisadiyyat sahəsi üzrə;
  9. Yaqubov Elvin – (rus-Azərbaycan) iqtisadiyyat, təhsil, hüquq, beynəlxalq münasibətlər sahəsi üzrə;
  10. İbrahimov Elçin – (türk-Azərbaycan-türk) ictimai-siyasi və humanitar sahələr üzrə;
  11. Bəkirli Çilənay – (fransız-Azərbaycan-fransız) ictimai-siyasi sahə üzrə;
  12. Məmmədova Çinarə – (fransız-rus) siyasi-iqtisadi sahə üzrə;
  13. Qarayev Ayxan – (ivrit-Azərbaycan-ivrit) hüquqi sənədlər sahəsi üzrə.