Məşhurlar həyat haqqında

 

“Düşmənlərinizi əfv edin! Bu onlara verə biləcəyiniz ən doğru cəzadı”.

                                      ***

“Özün kimi ol, o biri rollar hamısı tutulub”.

 

Oskar Uayld

 

“Başqalarının sizin haqqınızda nə düşündüklərinin fərqindəsinizsə, demək, onların ixtiyarındasınız”.

Donald Uels

 

“İnsanları dəyişmək istəyirsənsə, əvvəl özündən başla. Bu həm sərfəli, həm də təhlükəsizdir”.

***

“Üzərinizə hücum çəkən düşmənlərdən yox, sizə tərif deyən dostlardan ehtiyatlanın”.

***

“Bu dünyada sevgi qazanmağın yalnız bir yolu var: onu tələb etməmək və təmənna güdmədən başqalarıyla paylaşmaq”.

***

“Əgər tale sənə limon veribsə, dərhal ondan limonad hazırla”.

Deyl Karnegi

 

“Dünya, insanın ehtiyaclarını ödəmək üçün çox böyük, tamahını ödəmək üçün çox kiçikdir”.

***

“Zəif heç vaxt bağışlamır. Bağışlamaq güclülərə xas olan məziyyətdir”.

***

“Göz-gözə gəlmək” prinsipi axırda bütün dünyanı kor edəcək”.

***

“Məqsədi tap, vasitə öz-özünə  tapılacaq”.

***

“Bir sual mənim üçün həmişə sirr olub: görən, insan özü kimilərini alçalda-alçalda necə ucala bilər?

***

“Yaşamağın yeganə yolu başqalarının yaşamağına mane olmamaqdır”.

Mahatma Qandi

 

“Hətta ən yararsız insan belə nəyəsə yararlı ola bilər”.

***

“İnanmıram ki, daha bu dünyanı yaxşıya doğru dəyişmək olar. Amma onu bundan pisindən qoruya biləcəyimizə inanıram”.

***

“Əgər bir insanı aldada bilmisənsə, düşünmə ki, o, axmaqdı. Sadəcə, sənə layiq olduğundan artıq etibar ediblər”.

***

“Düşmənin xəyanətini, dostun isə sədaqətini heç vaxt həddən artıq şişirtmə”.

Tuve Yansson

 

“İnsanlar həmişə günahı şəraitin üstünə yıxırlar. Amma şəraitin belə güclü olmasına inanmıram. Bu dünyada yalnız özünə uyğun şərait axtaranlar uğur qazanırlar, tapmayanda isə onu yaradırlar”.

Bernard Şou

 

“Böyük xərclərdən yox, xırda gəlirlərdən ehtiyat edin”.

Con Rokfeller

 

“Xırda qüsurlara əhəmiyyət verməyin, unutmayın ki, özünüzdə ondan da böyükləri var”.

***

“Narahatlıq insanın sabahkı problemlərini həll etmir, sadəcə, bugünkü rahatlığını əlindən alır”.

***

“İnsanın iki həyatı olur. İkincisi insan həyatın yalnız bir dəfə verildiyini anlayanda başlayır…”

                                                                                     Konfutsi

 “Özünə lazım olmayanları alırsansa, bugün-sabah özünə lazım olanları satacaqsan”.

Bencamin Franklin

 

“Hər bir insan bəşəriyyəti dəyişmək istəyir, amma özünü dəyişmək barədə düşünmür”.

***

“Güclü insanlar həmişə sadə olur”.

***

“Düşünürük ki, bizi yaxşı olduğumuza görə sevirlər. Ağlımıza belə gətirmirik ki, bizi sevənlər özləri yaxşıdır”.

Lev Tolstoy

 

“Hər anınızda iştirak edin, əks halda həyatı əldən buraxmış olarsınız”.

Budda

 

“Məni həqiqətlə döy, amma yalanla sakitləşdirmə”.

Cek Nikolson

 

“İnsanlar bir-birini təsadüfən seçmir… Biz yalnız təhtəlşüurumuzda olanlarla rastlaşırıq”.

Ziqmund Freyd