Dünya və təbiət haqqında aforizmlər

 

“Dünya – eyni faciənin müxtəlif adlarla oynanıldığı nəhəng bir teatrdır”.

F.Volter

 

“Dünya – heç də hamıya açıq olmayan gözəl bir kitabdır”.

K.Qoldoni

 

“Dünya – hər addımda üzümüzə yeni səhifələr açan kitabdır”.

***

“İnsan hətta yuxusunda belə təbiətdə olandan gözəl nəsə görə bilməz”.

A.Lamartin

 

“Dünya – sənin evinin kandarında bitmir”.

M.Meterlink

 

“Dünya – elə bir məfhumdur ki, yalnız mərkəzi var: ətraflardan bütünlüklə təcrid olunub”.

B.Paskal

 

“Dünyanın yeganə məqsədi idrakın təntənəsinə hesablanıb”.

E.Renan

 

“Dünya – hər kəsin surətini özündə əks etdirən bir güzgüdür”.

U.Tekkerey

 

“Dünya yalnız aciz insanın gözündə aciz, mənasız insanın gözündə mənasız görünə bilər”.

L.Feyerbax

 

“Təbiətin anası olan dünya həm də onun məzarıdır – yaratdıqlarını basdıran məzar”.

V.Şekspir

 

“Təbiət heç vaxt çaşmır – əgər dünyaya səfeh gətiribsə də, deməli, ona belə lazım olub”.

B.Şou

 

“Təbiəti yalnız onun qanunlarına tabe olmaqla ram etmək olar”.

F.Bekon

 

“Təbiət zarafatı xoşlamır – o, həmişə dürüst, ciddi və sərtdir. Və həmişə haqlıdır. Səhvlər, yanlışlıqlar isə hər dəfə insan əliylə baş verir”.

 

***

“Təbiət dinclik bilmir və tənbəlliyi cəzalandırır”.

 

***

“Təbiət bütün yaradılmışların ən yaradılmışıdır”.

İ.Höte

 

“Təbiətdə heç nə ölmür”.

T.Qotye

 

“Təbiəti insanlara sevdirən, cazibəsinə salan, ilhamlandıran yalnız və yalnız onun təbiiliyidir”.

V.Humboldt


“Təbiət saxtalığa qarşı dözümsüzdür”.

T.Karleyl

 

“Təbiət üzərində işlədiyi bir şeyi də tələsik yekunlaşdırmır”.

J.Lamark

 

“Əbədiyaşar təbiətin xarabalıqları da həyatın davamı üçündür”.

Q.Lessinq

 

“Təbiətin qanunlarından heç hara qaçıb gizlənə bilməzsən”.

Menandr

 

“Təbiətin gücünü ölçə bilməyəndə insanlar təbiətə, ölçə biləndə isə təbiət insanlara tabe oldu”.

Q.Plexanov

 

“Təbiət heç vaxt bizi aldatmır – özümüz aldanırıq”.

J.Russo

 

“Təbiətin yaratdıqları sənətin yaratdıqlarından daha mükəmməldir”.

Siseron