İnsan haqqında aforizmlər

 

“Alim, şair, hərbçi, qanun keşikçisi və sair olmaq yaxşıdır, amma bununla bərabər, gərək həm də insan olasan”.

V.Belinski

“İnsanlıq – öləri insana ölümsüzlük gətirən məhz budur”.

L.Byörne

“Qəhrəman olmaq üçün bir an kifayətdir, şərəfli insan adı qazanmaq üçün isə uzun bir ömür yaşamalısan”.

P.Bryula

“Yer üzündə ən yüksək vəzifə – insan olmaqdır”.      

                                               ***

“Hər bir insanın batinində bir quruculuq istedadı var: onun cücərməsi və inkişafı üçün, sadəcə, şərait lazımdır”.

                                               ***

“İnsan bütöv bir kainatdır – özündə bütün dünyanı daşıyan insana olan eşq əbədidir”.

M.Qorki

“İnsan üçün dünyada insandan maraqlı heç nə yoxdur”.

V.Humboldt

“Yaxşı insan sayılmaq üçün ədalətli olmaqla yanaşı, gərək ədalətsizliyi hətta ürəyindən də keçirməyəsən”.

                                               ***

“İnsana yalnız əməllərinə deyil, səylərinə görə də qiymət verilməlidir”.

Demokrit

“Hər bir insan – digərinə bənzəməyən bir tarixçədir”.

A.Karrel

“Hər insanda bütün insani keyfiyyətlər birləşib – ən yaxşı və ən pis tərəfləriylə”.

L.Lavel

“Hər bir insan bütün insanların cəmidir”.

Y.Lixtenberq

“Hamı səni göründüyün kimi görür, olduğun kimi hiss edənlər isə çox azdır”.

N.Makiavelli

“Dünyada ən çətin peşə insan olmaqdır”.

X.Marti

“İnsan necə də möhtəşəm varlıqdır – əlbəttə, əgər o, əsl insandırsa”.

Menandr

“Olduğun kimi olmaq kifayət deyil, gərək olmalı olduğun kimi olasan”.

A.Monterlan

“İnsan düşünmək üçün yaranıb”.

B.Paskal

“Dünyadakı bütün gözəlliklər Günəşə, bütün yaxşılıqlar insana görədir”.

M.Prişvin

“Hər bir insanın qiyməti onun özünə verdiyi dəyərlə ölçülür”.

F.Rable

“Ən yaxşı insan öz düşüncələri və başqalarının hissləriylə yaşayan insandır. Başqalarının düşüncələri, öz hissləri ilə yaşamaq isə naqis insanlara xas əlamətdir. İnsanları bir-birindən fərqləndirən də məhz bu dörd əlamətdir. Yalnız öz hissləri ilə yaşayan insan vəhşidir”.

L.Tolstoy

“İnsanı məhv etmək olar, amma ona qalib gəlmək mümkün deyil”.

E.Heminquey

“Hər bir insan bütöv bir kitabdır – sadəcə, onu necə oxumalı olduğunu bilməlisən”.

Y.Çenninq

“Açıqqəlbli insanın alnı da açıqdır”.

F.Şiller