Rusiya və Belarus ədəbi portalları İmadəddin Nəsimidən yazdı

Bölmə: Xəbər 04.07.2019

Rusiyanın “Atalar” və Belarusun “Sozvuçie” ədəbi portalları İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə rus dilində Moskvada işıq üzü görmüş “И стал Путем Истины я сам” kitabının nəşri ilə bağlı məlumat yayıb. Məlumatda deyilir:

“Dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə rus dilində ərsəyə gətirilmiş “И стал Путем Истины я сам” kitabı Moskvada nəşr olunub. Kitaba daxil edilmiş 200-ə yaxın qəzəl və rübai Nəsimi yaradıcılığını işıqlandıran “Поезия вечной истины” adlı məqalə, eləcə də əsərlərdə yer alan mürəkkəb sözlərə dair izah və şərhlərlə verilib. Moskva Yazıçılar Birliyinin “U Nikitskix vorot” nəşriyyatında çap olunmuş kitabın tərtibçisi və ön sözünün müəllifi Püstə Axundovadır”.

Keçid linkləri:

https://atalar.ru/n-siminin-q-z-ll-r-toplusu-moskvada-isiq-uzu-gordu.html

http://www.sozvuchie.by/knigi/item/6485-v-moskve-izdan-sbornik-gazelej-nasimi.html