Tərcümə Mərkəzinin İngiltərə Nümayəndəliyinin rəhbəri ilə görüş

Bölmə: Xəbər 08.07.2019

Azərbaycan Dövlət Tərcümə Mərkəzinin İngiltərə Nümayəndəliyinin rəhbəri, filologiya elmləri doktoru Anne Tompson Tərcümə Mərkəzində olub.

Görüş zamanı Azərbaycan ədəbiyyatının İngiltərədə davamlı şəkildə tanıdılması və təbliği istiqamətin­də həyata keçirilməsi nəzərdə tutulan bir sıra layihələr müzakirə edilib.

2020-ci ildə Londonda nəşrə hazırlanan orta nəsil ədəbiyyatı nümunələri ilə yanaşı, gənc ədiblərin kitablarının da ingilis ədəbi ictimaiyyətinə çatdırılması istiqamətində vacib bilinən məsələlər ətrafında fikir  mübadiləsi aparılıb.