İnsan abidəsi

Bölmə: 01.08.2019

 

Bu gün Azərbaycanın Xalq yazıçısı Əzizə Cəfərzadənin qızı, gözəl insan, misilsiz dost, tanınmış teatrşünas Kəmalə xanım Cəfərzadə son mənzilə yola salındı.

Kəmalə xanım özündən sonra qalın cildli kitablar, böyük əsərlər qoymasa da, hamıya, hər kəsə örnək və nümunə olacaq Böyük İnsan abidəsi qoyub getdi… Yaxınlarına, dostlarına təmənnasız, doğma münasibəti ilə… Bir kəsi bircə anlığa belə unutmaması, hər kəsin yolunda hər an özünü fəda etmək hazırlığı ilə… Peşəsinə, işinə sonsuz sevgisi və sədaqəti ilə...

Kəmalə Cəfərzadə – 1977–2014-cü illərdə Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi, Nəşriyyat şöbəsinin baş redaktoru, Yaradıcılıq şöbəsinin baş mütəxəssisi, rəisi, sədrin köməkçisi vəzifələrində çalışıb;

2013-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə “Əməkdar mədəniyyət işçisi” adına layiq görülüb;

2015-ci ildən Azərbaycan Dövlət Tərcümə Mərkəzində korrektor, redaktor, Nəşriyyat şöbəsinin müdiri vəzifələrində çalışıb;

Dövri mətbuatda məqalə, resenziya və portret yazıları ilə cıxış edib;

"Teatrda gənc aktyor problemi", "Gülarə Rəsulova", "Zülfidə Babayeva", "Fırtınadan əvvəlki harmoniya", "Teatrşünas alimin son əsəri", "Bir aktrisa var Bakıda –  Sofya Bəsirzadə", "Həm teatrda, həm kinoda… – Nəcibə Məlikova", "Hüseynağa Hacıbababəyov", "Heykəltəraş Nəcəf Salamov", "Fars teatr tamaşaları", "Hind teatr tamaşaları", "Balet barədə dialoq və dialoq iştirakçıları haqqında – Rəfiqə Axundova və Maqsud Məmmədov", "Teatrın baş rəssamı Əyyub Fətəliyev", "Meyerhold və Azərbaycan teatrı", "Səhnədə keçən illər – Ulduz Rəfili", "Respublikamızın yaşıdları – Rahil Ginzburq", "Həsənağa Turabov üçün elegiya", "Sevgi dolu ömür – Firəngiz Şərifova" və sair məqalələrin müəllifidir.

 Allah rəhmət eləsin!