Ümid və arzu haqqında deyimlər

 

“Hətta ən ümidsiz vaxtlarımızda belə ümidlə yaşayırıq”.

P.Qurman

 

“Ümidsiz ruh teleskopsuz rəsədxana kimidir”.

H.Biçer

 

“Heç bir həkim xəstəyə ümiddən faydalı dərman yaza bilməz”.

S.Sveyq

 

“Hər şey itirilsə də, hər halda, ümid qalır”.

K.Bouvi

 

“Ürəyi ümiddən məhrum etmək dünyanı havadan məhrum etmək kimi bir şeydir”.

E.Bulver-Litton

 

“Bütün ömrümüz boyu bizi müşayiət edən ümid hətta son nəfəsimizdə də yanımızda olur”.

A.Pop

 

“Ümid hörümçək toru kimidir: balaca milçəklər orada ilişib qalsa da, irilər dartınıb çıxa bilir”.

F.Bekon

 

“İnsanın həyatda dayaq kimi ən çox istifadə etdiyi hiss ümiddir”.

A.Veltman

 

“Ümid – bütün nemətlərdən ən faydalısı və ən təhlükəlisidir”.

***

“Ümid yeganə nemətdir ki, ondan doymaq olmur”.

L.Vovenarq

 

“Ümid  – adətən, yaxşı yol yoldaşı olsa da, pis bələdçidir”.

C.Halifaks

 

“Ümid – kasıb çörəyidir”.

D.Herbert

 

“Ümid hətta qəbirdə də ölmür”.

***

“Ümidlərdən ən gülməlisi hamıya xoş gəlmək arzusudur”.

İ.Höte

 

“Özünü ümidlərdən məhrum edən çılpaq qalar”.

A.Qraf

 

“İnsan barədə əsl qiyməti düşüncələrindən çox arzuları verir”.

V.Hüqo

 

“Həyata keçən hər bir arzu ölümə qovuşur”.

V.İrvinq

 

“Uzaqgörən insan əvvəl arzularının yerini müəyyən edir və sonra sırayla onları həyata keçirir”.

F.Laroşfuko

 

“İnsanı yaratmağa sövq edən istedad yox, arzudur”.

Q.Lessinq

 

“Mənim arzularım da həyati, adi və təbiidir. Heç vaxt gücüm çatmayanı özümə arzulamamışam”.

N.Ostrovski

 

“Ümid və arzu daim bir-birini qoruyur: biri soyuyanda o biri donur, biri qızışanda o biri alovlanır”.

***

“Əgər insan tam haqlı və səmimi şəkildə ağır vəziyyətdən çıxmağı arzulayırsa, bu istək cavabsız qala bilməz”.

F.Petrarka

 

“Arzuyla zarafat olmaz – nakam arzu bütün həyatı puç edə bilər”.

D.Pisaryev

 

“İnsan şüurunu arzu qədər heç nə hərəkətə gətirə bilməz”.

H.Teylor

 

“Bəşəriyyət yalnız ən yaxşı arzuları gerçəkləşdirməklə irəli gedə bilər”.

K.Timiryazev

 

“Arzuda gerçəklikdən, gerçəklikdə arzudan üstün olan tərəflər var. Hər ikisini birləşdirə bilmək ən böyük xoşbəxtlik olardı”.

L.Tolstoy

 

“Arzular tükənən yerdə insan da tükənir”.

L.Feyerbax

 

“Arzu reallıqdan möhtəşəmdir. Başqa cür necə ola bilər – axı o özü ən aydın reallıqdır? Arzu hər şeyin ürəyidir”.

***

“Arzu dünyaya maraq və məna gətirir”.

***

“Arzu can atdığı hər şeyi gözəlləşdirmək gücündədir”.

A.Frans

 

“Arzu fikrin atasıdır”.

U.Şekspir