Elektron ədəbiyyat və sənət portalı

“Dərviş” Teatrı AzDrama-da

Bölmə: Beynəlxalq 23.10.2015

Milli Dram Teatrının mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, teatr Azərbaycan mədəniyyətinin Rusiyada təbliğ edilməsi istiqamətində indiyədək bir neçə uğurlu layihə həyata keçirib. “Dərviş” Teatrı M.F.Axundzadənin “Sərgüzəşti- vəziri-xani-Lənkəran”, Xalq yazıçısı Elçinin “Şekspir”, Xalq şairi Bəxtiyar Vahabzadənin “Gülüstan”, Üzeyir Hacıbəylinin “Arşın mal alan” tamaşaları ilə müxtəlif teatr səhnələrində çıxış edib.

Daha sonra teatrın kollektivi Bəxtiyar Vahabzadənin “Gülüstan” poeması əsasında hazırlanan eyniadlı tamaşanı təqdim edib.

Tamaşanın quruluşçu rejissoru “Dərviş” teatrının bədii rəhbəri Mərdan Feyzullayev, musiqi tərtibatçısı Pyotr Pavloviçdir. Səhnə əsərində Şirzad Pirallahi, İrina Dmitriyevna və Meri Tateşvili rol alıb.