Elektron ədəbiyyat və sənət portalı

“Natəvan” operası nümayiş olunacaq

Bölmə: Beynəlxalq 23.10.2015

Tamaşanın musiqi rəhbəri və dirijoru Xalq artisti, professor Yalçın Adıgözəlov, quruluşçu rejissoru Azərbaycan və Özbəkistanın Xalq artisti Firudin Səfərov, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirovdur. Tamaşada teatrın aparıcı solistlərindən Xalq artistləri Azər Zeynalov, Şahlar Quliyev, Mənsum İbrahimov, Nəzakət Teymurova, Əməkdar artist Zemfira İsmayılova və b. çıxış edəcəklər.

Günümüzlə çox səsləşən bu tamaşa mərhum bəstəkarın yubileyi münasibətilə onun xatirəsinə hörmət və ehtiram ifadəsi olmaqla yanaşı tamaşaçılar üçün də çox maraqlı olacaq.

Teatrda ilk dəfə 2003-cü ildə səhnələşdirilən “Natəvan” operasının libretto müəllifi Nazim İbrahimovdur. Operada görkəmli Azərbaycan şairəsi Xurşidbanu Natəvanın həyat və fəaliyyəti, onun yaradıcılığı fonunda Qarabağda uzun əsrlər boyu hakimiyyət uğrunda gedən mübarizələr, bu yurdun insanları, ab-havası, musiqi və rəqsləri təsvir olunub.