Elektron ədəbiyyat və sənət portalı

Problemlərin həllində vətəndaş təşəbbüslərinin dəstəklənməsi

Bölmə: Beynəlxalq 11.12.2015

 

Layihənin məqsədi yerli əhəmiyyətli sosial problemlərin müəyyənləşdirilməsində və onların həll edilməsində QHT-lərin, ictimai birlik və təşkilatların rolunun artırılması modelinin hazırlanmasına və tətbiq edilməsinə nail olmaqla sosial problemlərin həllinə dəstək verməkdən ibarət olub. Layihənin icrası Goranboy, Şəmkir, Qəbələ, Oğuz və Şəki şəhərlərinin hər birindən seçilmiş 3 bələdiyyə və məhəllə komitələrini əhatə edib.

Layihənin rəhbəri Zərifə Abbasova deyib: “Təhlillərimiz belə nəticəyə gəlməyə əsas verir ki, respublikamızda mövcud olan ictimai-siyasi stabillik və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsi üçün yaranmış əlverişli şərait hesabına məhəllə-rayon səviyyəli ictimailəşmiş sosial problemləri QHT-lərin dəstəyi ilə yerli bələdiyyələrin və ictimaiyyətin köməyi ilə həll etmək mümkündür. Dünya təcrübəsi də təsdiq edir ki, əsasən o ölkələr tərəqqiyə nail olurlar ki, orada insan resurslarından səmərəli istifadə edilir”.