Elektron ədəbiyyat və sənət portalı

Rusiya milli simfonik orkestri azərbaycanlı dirijorun rəhbərliyi altında çıxış edib

Bölmə: Beynəlxalq 11.12.2015

Müsabiqə Rusiyanın «Mədəniyyət” kanalı ilə canlı nümayiş olunub. Moskva Dövlət Filarmoniyasının Çaykovski zalında keçirilən açılış və bağlanış konsertlərində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi ilə Rusiya milli simfonik orkestri (bədii rəhbər və baş dirijor M.Pletnev) çıxış edib.

Müsabiqənin əsas təşkilat komitəsinin üzvləri dünya şöhrətli musiqi xadimləri - Evelin Qlenni (İngiltərə), Vladimir Spivakov (Rusiya), İrina Xelfliger (İsveçrə), Denis Matsuyev (Rusiya), Markus Xinterxoyzer (Avstriya), Paloma Oşi (İspaniya) və Aleksey Şalaşov (Rusiya) olub. Gənc ifaçıların çıxışları dünyaca məşhur musiqi biliciləri tərəfindən qiymətləndirilib. Münsiflər heyətində professorlar - Zaxar Bron (Almaniya-Rusiya), Xansyorq Şellenberger (Almaniya), Dmitri Alekseyev (Rusiya-İngiltərə), Akiko Tatsumi (Yaponiya), Mark Pekarski (Rusiya), Sankt-Peterburq Dövlət Konservatoriyasının rektoru Aleksey Vasilyev, Lanq Lanq Beynəlxalq Fondunun prezidenti Lukas Borvinski (ABŞ) və beynəlxalq müsabiqələrin laureatları yer alıblar.

Qeyd edək ki, Rusiya milli simfonik orkestri “Financial Times” jurnalının sorğusuna əsasən, dünyanın ən yaxşı 20 orkestrinin siyahısına daxil olub.

NARINGÜL