Elektron ədəbiyyat və sənət portalı

88-ci “Oskar” mükafatı sahiblərinə təqdim olundu

Bölmə: Beynəlxalq 04.03.2016

Tamaşaçılar səhnədə aktrisa Vupi Qoldberqi, müğənnilər Farrel Uilyamsı, eləcə də Benisio del Toronu, Kevin Hartı, Tina Feyi, Rayan Qoslinqi, Ledi Qaqanı, Sem Smiti, Şarliz Teronu və Ceykob Trambleni izləyə biliblər.

2016-cı ilin ən yaxşı rejissoru nominasiyasında “Sağ qalmış” filminin rejissoru Alexandro Qonsales İnyarittu qalib gəlib. Qeyd edək ki, o, ötən il “Birdman” filminə görə də bu mükafata sahib olmuşdu.

İlin ən yaxşı filmi nominasiyasında “Diqqət mərkəzində” (“Spotlight”) filmi qalib gəlib.

2016-cı ildə ən yaxşı kişi roluna görə Leonardo Di Kaprio, ən yaxşı qadın ifaçısı kimi isə “Otaq” filmində rol alan Bri Larson qalib gəlib.

Ən yaxşı ikinci dərəcəli kişi roluna görə, “Casus körpüsü” filmində rol alan Mark Raylans, ən yaxşı ikinci dərəcəli qadın roluna görə isə “Danimarkadan olan qız” filmində rol alan Alisiya Vikander seçilib.