Elektron ədəbiyyat və sənət portalı

“Əli və Nino”nun rejissoru “Oskar” aldı

Bölmə: Beynəlxalq 04.03.2016

Sənədli filmdə avtobioqrafik mətnlər, ailənin şəxsi arxivindən olan videolar, yaxın adamların və həmkarların müsahibələrindən istifadə olunaraq, Eminin yaşadığı dünya tamaşaçılara təqdim olunur.

Filmdə, həmçinin daha əvvəl Eminin heç yerdə ifa etmədiyi mahnılar və onun gənc yaşlarında ilk ifalarını əks etdirən görüntülər yer alıb.

Qeyd edək ki, “BAFTA” mükafatı sahibi Asif Kapadia “Əli və Nino” filminin də rejissorudur.

Yazıçı Qurban Səidin bestselleri olan eyniadlı romanı əsasında ekranlaşdırılan “Əli və Nino” Azərbaycanın müstəqillik uğrunda mübarizəsi və XX əsrin əvvəllərində Rusiyanın Azərbaycanı işğalı fonunda müxtəlif dinlərə etiqad edən iki gəncin sevgisindən bəhs edir.

104 dəqiqəlik ekran əsərində baş rollarda Adam Bakri (Əli) və Mariya Valverde (Nino) çəkilib. Filmdə həmçinin Halit Ergenç, Mendi Petinkin, Konni Nilson, Rikkardo Samariko, Humayon Erşardi, Fəxrəddin Manafov, Əsad Bub, Numan Akar və digər məşhur aktyorlar iştirak edirlər.

“Əli və Nino” filminin icraçı prodüseri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, prodüseri Kris Tikyer, ssenari müəllifi isə “Academy Award” mükafatı laureatı Kristofer Hemptondur.

Hazırladı: NARINGÜL