Elektron ədəbiyyat və sənət portalı

Əlağa Şıxlınskinin “Mənim xatirələrim” kitabı Moskvada çapdan çıxıb

Bölmə: Beynəlxalq 22.04.2016

Moskvada, “OLMA Media Qrup” nəşriyyatında Əlağa Şıxlınskinin “Mənim xatirələrim” kitabı çapdan çıxıb.

Rusiya İmperator Ordusunun və Azərbaycan Xalq Cümhuriyyətinin sərkərdəsi, sovet dövlətinin hərbi xadimi, artilleriya generalı Əlağa Şıxlinskinin təqdimata ehtiyacı yoxdur, özü də təkcə Vətəni Azərbaycanda yox.

Nəşrin titul vərəqində deyilir: “Ötən əsrin əvvəllərində “artilleriyanın allahı” adlandırılan general Şıxlinskinin adı Rusiyanın sərhədlərindən çox-çox uzaqlarda şöhrət qazanıb. “Şıxlinski üçbucağı”, “Şıxlınski düsturu” yüksək qiymətləndirilirdi”.

1944-cü ildə nəşr olunan “Mənim xatirələrim” kitabının birinci nəşrinə Ə.Şıxlınski ilə birlikdə Port-Artur döyüşündə iştirak edən, Stalin mükafatı laureatı, hərb elmləri doktoru, professor Yevgeni Barsukovun yazdığı müqəddimə bu nəşrdə də təkrar verilib.

1985-ci ildə bu kitabın ikinci nəşri işıq üzü görüb.