Elektron ədəbiyyat və sənət portalı

İsveçrədə Çarli Çaplin muzeyi açılıb

Bölmə: Beynəlxalq 22.04.2016

Eksponatlar tamaşaçıları nəinki Çaplinin yaradıcılığı, həm də ümumilikdə kino aləmi ilə tanış edir. Muzeydəki zallardan birində aktyorun çəkildiyi “Yeni dövr” və “Qızıl xəstəliyi” filmlərinin dekorasiyası da yerləşdirilib. Muzey kompleksinə, həmçinin, montaj otağı və kinozal daxildir. Kinozalda Çaplinin filmləri göstərilir. Maraqlısı budur ki, Çaplin muzeyi statik muzey ideyasından tamamilə uzaqdır. Aktyorun oğlu, Çaplin Muzey Fondunun prezidenti Maykl Çaplinin dediyinə görə, “bu muzeyin statik olması kinematoqrafın ruhuna da zidd olardı. Ekspozisiyası hərəkətdə olan bu muzey özü də sanki Çarli Çaplinin qəhrəmanlarından biridir”.

NARINGÜL