Elektron ədəbiyyat və sənət portalı

Sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbində Bilik günü qeyd edilib

Bölmə: Beynəlxalq 18.09.2015

Sentyabrın 15-də Heydər Əliyev Fondunun təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud uşaqlar üçün 5 saylı Respublika xüsusi internat məktəbində Bilik günü qeyd olunub.

İnternat məktəbinin şagirdlərinə Heydər Əliyev Fondunun hədiyyələri – məktəbli geyimləri və dərs ləvazimatları təqdim edilib.

Tədbirdə Nərimanov Rayon İcra Hakimiyyətinin rəhbərliyi, məktəbin müəllim-şagird kollektivi və valideynlər iştirak ediblər.