Elektron ədəbiyyat və sənət portalı

Məşhur şairənin evi kirayə verildi

Bölmə: Beynəlxalq 28.04.2017

ABŞ-ın Amhesrt şəhərində yerləşən Emeli Dikinson muzeyinin qəribə elanı tək Amerikada yox, müxtəlif ölkələrdə ədəbiyyatsevərlərin marağına səbəb olub. Belə ki, muzey şairənin bir vaxtlar yaşadığı və dünyaca sevilən şeirlərini yazdığı otağını kirayəyə vermək qərarına gəlib. Kirayə haqqının bir saatı iki yüz ABŞ dollarıdır.

Artıq iki gündür ki, otaq fasiləsiz kiyarələnməkdədir. Kirayənişinlər gənc və ortayaşlı yazıçı, şairlərdən ibarətdir. Onlar öz təəssuratlarını bölüşərkən deyiblər ki, otağı kirayələyərkən əsas məqsədləri burada keçirdikləri saatlar ərzində Dikinsonun bir vaxtlar əlini vurduğu əşyalara toxunmaqla şairənin energetikasından qidalanıb onun ruhunda əsərlər yazmaq olub.