Page 6 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 6

Gənc yazarların ədəbiyyat almanaxı

                              Nə olar, əlimi uzalı qoyma,
                              Yolunu i rmiş bəndənəm sənin.
                              Bütün külliya m sənə məhəbbət,
                              Bütün şeirlərim duadır  mənim.

                   Amma bədii yaradıcılıq həm də və daha çox fərdi olay olduğundan, bu fikri
               nəinki bütün gənclərə, hə	a hər hansı bir şairin istənilən şeirinə belə aid etmək
               olmaz. Məsələn, istər yaş, istərsə də yaradıcılq stajı yönündən almanaxa daxil olan
               şairlərin çoxundan irəlidə olan Aqşin Yeniseyin son illər işıq üzü görən şeirləri
               göstərir ki, hə	a ölümlə nəfəs-nəfəsə dəyib, geri dönməsi belə onun bədii
               düşüncəsində önəmli çevriliş yarada bilməyib. O, özünün ənənəvi ateizmindən,
               ən yaxşı halda, tərəddüdlərlə dolu  skep sizm zolağına keçir, Qurani-Kərimə məx -
               sus təbirlə desək, ürəyin möhürü laxlayır, amma qırılmır:

                              şüurun səhrasında azmış kor yolçu
                              Mən indi günahın cazibəsinə həsr olunmuş
                              qüssə və tövbə dolu bir şeirin son misrasıyam
                              Tanrının insana əlvidasıyam.


                   Allaha, metafizik dünyaduyumuna  "əlvida" yox, "salam" deyənlərin durumu
               isə gəldikcə güclənir. Bu, sovet ateizmi və materializmini böyük itkilər bahasına
               dəf edən poe k düşüncəmizin ötən əsrin 60-cı illərindən sonra Füzuliyə daha bir
               qayıdışıdır. Gənclərin yaradıcılığında bu qayıdışın ən dürlü görüntüləri ilə üzləşirik.
               "Niyə yaranır bu minlər, milyonlar, sonda yarandığı BİRə dönürsə" deyən Elşad
               Ərşadoğlu Allah sevgisini başlıca mövzuya çevirən klassik sufi şeirinə söykənir,
               sadəcə şeirlərini Füzuli kimi əruzda yazmır, Yunus Əmrə kimi hecada qoşur. Ölümlə
               dirim arasındakı fərqin aradan qalxdığı, məkan və zaman ölçülərinin itdiyi  metafizik
               başlanğıca qayıdış Hədiyyə Şəfaqə n şeirlərində öz ifadəsini çağdaş forma və
               üslubda tapır:
                                      Heyyy...
                                      Zamansız!
                                      Heyyy...
                                      Məkansız!


               6
   1   2   3   4   5   6   7   8   9   10   11