Page 8 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 8

Gənc yazarların ədəbiyyat almanaxı

               keçməlidir, çünki bu, şeirin əsas missiyası, şairin başlıca görəvidir. Ruslanın poe k
               xa rələrinin diapazonu öz fərdi ömrü qədərdir:

                                    Götürüb üstünə adımı yazdım,
                                    bir arxa tulladım, getdi-gəlmədi?
                                    Mənim uşaqlığım, ahh... uşaqlığım
                                    kağız gəmilərdə batdı, gəlmədi...


                   "İndi xa rələrə toxunmaq onun yaş köynəyini elektrik xə ndən asmaq kimidir"
               deyən Aqşin Evrən də neoplatonik kimi çıxış edir – xa rlayır. Amma Aqşinin
               xa rələri "Hələ Benəzir Bhu	o ölməmişdi – Şərq anasız qalmamışdı, mən anasız
               qalanda" misalında olduğu kimi, yaşıdlarından fərqlidir, ardıcıl yox, paraleldir,
               diaxron yox, sinxrondur. Aqşinin poe k dünyaduyumu üçün zaman dərinliyindən
               daha  çox, məkan genişliyi səciyyəvidir. Onun baxış bucağından nəinki dünyanın
               Pakistan və Azərbaycan adlı iki ölkəsi, ümumən varlığın üç qa  – insan, dünya və
               kosmos sinxron vəhdətdədir. Dördüncü – metafizik qatdan isə bu poe k kosmosa
               mələklər... elə bilirsiniz "gəlir" deyəcəm, yox, yağmur kimi tökülür. Çünki sevgiyə
               yerlər də, göylər də baş əyir və poeziya sevgi deməkdir:


                              Göyqurşağından asılmış yelləncəkdəyik,
                              Başını çiynimə söykəmisən
                              Qolumu şərf kimi dolamışam boynuna
                              Bizdən  bir qədər aralıda oxu ətra nda  rlanır Yer kürəsi;
                              Asta-asta parfümlü külək əsir,
                              Pinqvinlər bu soyuqluqdan yorulub Günəşə sarı tələsir
                              Buzlaqlar əriyib Afrikanın stəkanına dolur
                              Çə rimizin üstünə balaca mələklər yağır...
                              Uşaqlar atomları gizlədirlər Marian çökəkliyində
                              Ozon dəliyini örtürlər çərpələnglə
                              Nə müharibə var,
                              nə göz yaşı, nə də qəm.
                              Astaca pıçıldayıram sənə:
                              "Əzizim, dodağını gə r, söz deyəcəm..."


               8
   3   4   5   6   7   8   9   10   11   12   13