Page 13 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 13

Amma çağdaşımızı sovet klassikası ilə bağlayan amil də var – özünü bütün
           plane n vətəndaşı kimi hiss etmək. Özü də bu bağlan nın özülündə Marksın
           "Bütün ölkələrin proletarları, birləşin" şüarı,  Ejen Potyenin "İnternasional" himni,
           Trotskinin permanent inqilab ideyası, bir sözlə, kommunist əqidəsi yox, Allah
           sevgisi durur.
               Bu sevgi gəncləri 60-cılar, özəlliklə də Vaqif Səmədoğlu, Ramiz Rövşən və Vaqif
           Bayatlı Odər üçlüyü ilə bağlayır. Ədəbiyya mızın bir-birinə daban-dabana zidd
           olan iki dönəmi – ötən əsrin 20-50-ci illərinin  pik sosializmi və 60-cı illərin indi-
           vidualizmi iyirmi birinci əsrin şairi Alik Əlioğlunun şeirində belə barışır:

                          Biz sevgisiz ölürük...
                          Mən bütünlüklə a lmış körpələrəm,
                          Afrikada ac qalan uşaqlaram,
                          nadan övlad böyütmüş
                          kədərli qocalaram,
                          peşman olmuş fahişələrəm...

                          Elə istəyirəm ki, yekə bir adam,
                          lap yekə, ev boyda nəhəng bir adam
                          bizim hamımızı bağrına bassın
                          desin ki, ağlamayın,
                          gəldim, Allaham!


               Barış həmişə Allaha sevgiyə dayanır, çünki Allah bütün yaratdıqlarını özündə
           birləşdirən vəhdət vadisidir. Füzuli də özünün türkcə qəzəllər divanının bismillahında
           "vadiyi-vəhdət həqiqətdə məqami-eşqdir" deyirdi. Beləcə, Alikin şeirində təkcə
           sovet klassikası ilə 60-cı illər poeziyası yox, çağdaş şeirlə ilahi sevgi üstündə
           qərarlaşan Füzuli dünyagörüşü də bir araya gəlir. Damla dəryanı əks  etdirdiyi
           kimi, gənc şairin şeiri bütün bu barışların görüş yerinə çevrilir. Amma Füzuli
           şeirinin lirik qəhrəmanından fərqli olaraq, Alikin qəhrəmanı Allahın yanına ucala
           bilmir. Qoy olsun, əvəzində Allahın özünün insanın yanına enməsi eh malı yaranır.

                                              ***
               İnsan kimdir? Bədii kimlik vəsiqəsi verən poeziyanın bu sorğuya cavabı rəsmi
           idarələrdən fərqlidir, çünki sənət bir şey, sənəd başqa şeydir. Gənc şairlərimizin

                                                                                 13
   8   9   10   11   12   13   14   15   16   17   18