Page 12 - Antologiya_Gencler_Yeni_Design_Son_Layout 1
P. 12

Gənc yazarların ədəbiyyat almanaxı

                              ...ayaqqabım yır lardı
                              böyüyəndə ayağım.
                              Ayağınız böyüməsin deyə
                              dua etmisinizmi heç?!
                              ...Kişilər ağlamaz deyən anam
                              yerimə özü ağlardı.
                              göydən üç alma düşməzdi nağıllarında,
                              deməzdi bunu anam –
                              birdən ürəyimiz alma istəyər.

                   Ramil Əhməd isə birbaşa müharibədən doğulan uşaqların taleyindən yazır:

                              Hər şəhid bir ananın ümidiydi,
                              məryəm qızların toppuş çocuqlarının atasıydı...
                              Hər evdə böyüdülmüş bir əsgər şəkli qaldı
                              və qızlar bu şəkillərə baxıb doğdular...
                              Bu şəkil çocuqlar öz atalarının ögey balalarıydı...

                   Çağdaş şairlər savaşa münasibətdə  sovet klassiklərindən fərqlənirlər. Özü də
               bu, müasir şeirin həzin intonasiyası, sakit tonu, aşağı temporitmi və  pik sovet
               şeirinin pate k ruhu, tribun xarakteri arasındakı fərqlə bitmir. Daha ciddi fərq ən
               genəl yaşam fəlsəfəsindədir. Əgər S.Vurğun özünün müharibədən sonra yazdığı
               ünlü şeirlərindən birində "Ömrün kitabını tamamlamağa çox da can atmasın
               əlimdə qələm, mən tələsmirəm" deyirdisə, kosmos və internet erasının, savaş və
               terror əsrinin təmsilçisi Fərid Hüseyn bir qiyamət vahiməsi, bir esxatoloji təlaşla
               bunun tam əksini yazır:

                              Tələsik yaşamaq lazımdır –
                              Ölüm vax nı irəli çəkiblər,
                              əcəl saa nı dəyişdiriblər...

                              Uşaqları tez böyütməli
                              Əmzikləri əlüstü tullamalıyıq,
                              yoxsa bombaları taykeş geydirəcəklər gül ayaqlara...

               12
   7   8   9   10   11   12   13   14   15   16   17