Dövrün böyük ensiklopedik alimi Xacə Nəsirəddin Tusinin həyat və yaradıcılığı, elmi fəaliyyəti barədə çox yazılıb. Təqdim olunacaq yazıda isə  əksər hallarda haqqı tapdalanan, müasir dillə desək, “müəlliflik hüququ pozulan” bir alimdən söhbət açılacaq. Əslində böyük Tusinin bu yönünü işıqlandırmaq, müəllifi olduğu ilkləri xatırlamaq onun bioqrafiyasına toxunmaqdan daha vacibdir. Azərbaycan elmində ayrı-ayrı vaxtlarda Zakir Məmmədov, Fərman Eyvazov, Əli Babayev, eləcə də bir çox alimlər Tusidən danışarkən Avropada geniş yayılan bir çox elmi mətləbləri məhz onun yaratdığını qeyd ediblər.

Davamı

Son illər Qarabağ müharibəsi mövzusunun Azərbaycan kinematoqrafiyasında həlli ciddi müzakirələr  doğurur. Şübhəsiz ki, vətənpərvərlik ruhlu filmlərə ciddi ehtiyac var. Amma istənilən film milli, regional problemləri elə işıqlandırmalıdır ki, dünyada qəbul oluna bilsin. Təbii ki, müharibə bütün bəşəriyyətin problemidir. Amma hər müharibə filmi sənət əsəri kimi gözlənilən effekti verməyə də bilər. Məsələn, aşırı pafos və şovinist çağırışların səsləndirildiyi əsərlər konyuktur məzmun daşıyır, yalnız bir xalq üçün aktual olur, dünyanın malına çevrilmir.

Davamı

“Dövlətlərarası münaqişələrdə ərazi faktoru” kitabından III yazı

Davamı

1934-cü ilin qışı Bakıya beləcə gəldi. Dağlı məhəlləsindəki balaca dalanda böyük bağçanın açıq qapısını beləcə döydü.

Davamı

1915-1917-ci illər Azərbaycanda mənəvi, mədəni və inqilabi yüksəliş dövrü idi. Milli oyanış, iqtisadi tərəqqi, sosial çaxnaşmalar ədəbiyyatda, incəsənətdə və mətbuatda mühüm hadisələrlə müşayiət olunurdu. Hələ də davam edən Birinci dünya müharibəsinin məhrumiyyətləri mədəniyyətin tərəqqisinin qarşısını almaq iqtidarında deyildi. Üç nəhəng siyasi-mənəvi məkanın – Rusiya, Türkiyə və İranın əhatəsində yerləşən Azərbaycan məmləkətində müstəqillik arzularının ilk işartıları görünməkdəydi. Çökməkdə olan Rusiya imperiyası bu tarixi zərurətə mane ola bilməsə də, doğurduğu bolşevizm ideyası ilə əsarət buxovlarının parçalanmasına imkan verməməyə can atırdı.

Davamı

Neofaşizmin erməni dalğası

«Aydın Yol»çular15.04.2016

Hər il aprelin əvvəlləri İkinci Dünya müharibəsində faşist ölüm düşərgələrindən azad olunmuş əsirlərin Beynəlxalq Günü kimi qeyd edilir.

Davamı

Fransanın Altkirş, Evian və Montero şəhərlərində Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı, Mədəniyyət və Turizm Nazirliyinin, bu ölkədəki səfirliyimizin, Paris Azərbaycan Evinin və bu şəhərlərin meriyalarının dəstəyi ilə mədəniyyətimizin təbliğ olunması istiqamətində silsilə tədbirlər keçirilib.

Davamı

Aprelin 20-də Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, böyük gülüş ustası, Xalq artisti Nəsibə Zeynalovanın 100 illiyi tamam olacaq. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Musiqili Teatrı ilə birgə tədbirlər həyata keçirəcək.

Davamı