Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi gənc yazıçı və şairlərin bədii əsərlərinin toplanacağı “Ən yeni ədəbiyyat” adlı antologiya hazırlayır.
Azərbaycan ədəbi gəncliyinin təbliği, gənc istedadların üzə çıxarılması məqsədi ilə hazırlanan kitabın redaksiya heyətində tanınmış ədəbiyyat xadimləri - yazıçılar, tərcüməçilər və ədəbi tənqidçilər yer alıb. Antologiyanın ekspertlərindən biri, ədəbi tənqidçi Əsəd Cahangir “Aydın Yol” qəzetinə müsahibəsində layihənin vacibliyi, eləcə də, çağdaş ədəbi gəncliyin bugünkü durumu barədə danışdı:

Davamı

Kraliça Nur

Tarix08.08.2016

I yazı

Davamı

Dənizlə zarafat...

«Aydın Yol»çular08.08.2016

Qızmar yay günlərində nəyin bahasına olursa-olsun sərinləmək sevdası bəzi adamlara baha başa gəlir.

Davamı

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Qəbələdə keçirilən VIII Beynəlxalq Musiqi Festivalının rəsmi açılış mərasimi olub. Qəbələ şəhərindəki Heydər Əliyev Konqres Mərkəzinin qarşısında açıq havada quraşdırılan möhtəşəm səhnədə keçirilən mərasimdə əvvəlcə Azərbaycanda musiqi mədəniyyətinin inkişafı və təbliğində müstəsna rol oynayan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və ISESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın festival iştirakçılarına təbrik məktubu oxunub.

Davamı

Tanınmış Azərbaycan yazıçısı Kamal Abdullanın “Yarımçıq əlyazma” romanı Yaponiyada işıq üzü görəcək.

Davamı

Məşhur rejissor, üç dəfə Oskar mükafatına layiq görülmüş Oliver Stoun Rusiya prezidenti Vladimir Putin haqqında film çəkir. Bu barədə “life.ru” saytı xəbər verib. Stoun Putin haqqında film çəkmək istəyini hələ 2014-cü ildə dilə gətirmişdi. O, deyib ki, bir sıra qlobal siyasi hadisələrə “alternativ baxış bucağı” gətirmək istəyir. O, həmçinin Putindən  müsahibə götürməyi planlaşdırdığını da jurnalistlərlə söhbətində bildirmişdi.  Oliver Stoun deyib ki, bu illər ərzində  Rusiya dövlət başçısının simasında “kəkilli hündür kişi” obrazı yaranıb. Filmin yaradıcılarının sözlərinə görə, sənədli film təkcə Putinin müsahibəsindən ibarət olmaycaq, bütövlükdə Rusiya prezidentinin həyatından bəhs edəcək.

Davamı

Yol gözləyən qatar

Ədəbiyyat08.08.2016

Neçə illərdir yollardayam. Vaxtaşırı cəbhə bölgələrinə ezamiyyətə gedir, barıt qoxulu səngərləri gəzir, ön mövqelərdə yurdumuza keşik çəkən zabit və əsgərlərlə görüşürəm. Hər dəfə ermənilərin işğal etdikləri torpaqlara, yaşayış məntəqələrinə baxanda ürəyimdən qara qanlar axır. Həmin anlarda neçə illərdən bəri düşmən tapdağı altında qalmış doğma kəndimiz gözlərim önündə canlanır. Fikirləşirəm ki, ermənilər oraları da bax beləcə dağıdıb viran qoyub yandırıblar…

Davamı

Məşhur yazıçı Corc Martin “Taxt-tac oyunu” əsərinin yubiley buraxılışının işıq üzü görəcəyi haqqında məlumat verib. Yubiley buraxılışı olan “Buz və alov haqqında nəğmə” saqası 2016-cı ilin 18 oktyabrında satışa çıxarılacaq. Bu barədə yazıçı “Live Journal” bloq-platformasında öz səhifəsində xəbər paylaşıb. Yubiley nəşrində fantastik janrda işləyən ən yaxşı rəssamlar tərəfindən çəkilmiş  73 ağ-qara və 8 rəngli illüstrasiya olacaq. Martinin sözlərinə görə, əsasında serial çəkilən kitab silsilələri məşhurluğunu getdikcə artırır və dünya bestsellerləri siyahısına daxil olub.

Davamı