Ağdərəyə ilk gəlişim 1993-cü ilin əvvəlinə təsadüf etmişdi. Həmin il qış bu bölgəyə tez və sərt gəlmişdi. Ayaq basdığım andan Ağdərəni qar içində, ağappaq gördüm. Elə o an bu şəhərin gözəlliyi məni heyran etdi. Düşündüm ki, əgər Ağdərənin qışı belə əsrarəngizdirsə, indi gör yazı, yayı necədir. Ağ örpəyə bürünmüş meşələr, dağlar, dərələr göz oxşayıb, könül açırdı. Təəssüflər olsun ki, Ağdərənin yazını, yayını görmək mənə nəsib olmadı. Bu gözəl şəhərə soyuq yanvar ayında gəlib, fevralın şaxtalı günlərində oradan ayrıldım.

Davamı

Uzun müddət ateistliyimizlə  öyünə-öyünə dinimizdən, mənəviyyatımızdan da uzaq düşüb babalarımızın, nənələrimizin iman gətirdikləri, etiqad etdikləri pirləri, ocaqları da az qala unutmuşduq. Bu unutqanlığımız bizi təkcə dinimizdən-imanımızdan ayrı salmamışdı, həm də doğma yurd-yuvamızın tarixi keçmişinin neçə-neçə maraqlı səhifələrini də yaddan çıxarmışdıq.

Davamı

 Erməni plagiatlığının əndazəsizliyi və ya...

Davamı

İlk səsli bədii filmlərimiz

Mədəniyyət29.10.2016

Əsasən müasir mövzuda filmlər ərsəyə gətirən Azərbaycan kinosu 1937-ci ildə tammetrajlı «Dəcəl dəstə» kinolentini istehsal etdi. «Məhəbbət oyunu» və «Mavi dəniz qoynunda» lentlərinin ruhunda çəkilmiş bu ekran əsəri «yeni sovet adamı»nın formalaşdırılması»nın ideoloji təminatını həyata keçirmək məqsədi güdürdü. «Məktəb illərinə, şagirdlərin mənalı istirahətinə, sovet məktəbinin uşaqlarda yoldaşlıq, dostluq, qarşılıqlı yardım, kollektivçilik hissləri tərbiyə etməsinə» həsr olunmuş «Dəcəl dəstə» filminin ssenari müəllifi Y.Fidler, quruluşçu-rejissorları A.Popov və Q.Salamzadə idi, rolları A.Bağırova (əlaçı Nina), A.Mirzəyev (Yusif, birinci şagird), L.Bədirbəyli (məktəbli qız) və başqaları İfa edirdilər. Bəzi milli kino ustalarının ekrandakı ilk işləri baxımından maraqlı olan bu film, quru ritorika səviyyəsindən yuxarı qalxa bilməmişdi.

Davamı

Ömrü boyu yazsa da, hər bir yazıçının yaradıcılığında seçilən, digərlərindən fərqlənən bir və ya bir neçə şah əsəri olur ki, bu da onun ədəbiyyatda yerini və mövqeyini müəyyənləşdirir. “Aydın yol” qəzetinin  “Uğurlu əsərlər” rubrikasında  bu silsilədən növbəti həmsöhbəti tanınmış yazıçı Məmməd Orucdur. Müəlliflə, onun 1948-1951-ci illərdə Qərbi Azərbaycan torpaqlarından zorla köçürülən həmvətənlərimizin faciəsindən bəhs edən “Köçürülmə” romanı haqqında söhbətləşdik:

Davamı

III yazı

Davamı

Haram ianə

«Aydın Yol»çular29.10.2016

Ermənistanın keçmiş xarici işlər naziri, hazırda müxalifətdə olan “Birlik” partiyasının lideri Vardan Oskanyan məlumat yayıb ki, Amerikada yaşamış erməni milyardçı Kirk Kerkoryan vəsiyyətində Ermənistana 2 milyard dollardan çox pul bağışlayıb.

Davamı

Vaşinqtonda yerləşən və Corc Vaşinqton Universitetinin nəzdində fəaliyyət göstərən məşhur Tekstil muzeyində Azərbaycan Mədəniyyəti Günü keçirilib. Tədbir ölkəmizin ABŞ-dakı səfirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Corc Vaşinqton Universitetinin azərbaycanlı tələbələr assosiasiyası tərəfindən təşkil olunub. Tədbirə universitetin tələbə, müəllim və tədqiqatçıları ilə yanaşı, ictimaiyyət nümayəndələri də qatılıb.

Davamı