Neçə illərdir ki, podiumlara, səhnələrə, çəkiliş meydançalarına çıxır, son dəbləri nümayiş etdirir, mahnılar ifa edir, filmlərdə çəkilir, öz gözəlliyi, cazibədarlığı, zərifliyi ilə tamaşaçıların könlünü ovlayır...

Davamı

Dövlətin müəllimi

Elm29.09.2015

Qəribə zamanda yaşayırıq. Kimi dindirirsən, fəlsəfədən danışır, filosoflardan sitat gətirir. Bu sitatların demək olar ki, hamısı artıq əzbərimizdir, amma çifayda, onlardan bəhrələnə bilirikmi? Onlardakı məntiqi həyatın ən həssas anlarında tətbiq edib ağır dilemmalar arasında seçim edə bilirikmi? Məncə, yox. Elə buna görə də, bu silsilədə yeniyetmələrimizə fəlsəfə və filosoflardan söhbət açacağıq. Qoy, bəziləri sitat gətirib ağıllı görünmək istəyəndə, bizim övladlar adıçəkilən filosofun başqalarından nə ilə fərqləndiyini də bilsin. Bu yazıları 14-17 yaş arasında olan uşaqlarınız mütəmadi oxusa, düşünmək, təhlil etmək öyrənərlər. Amma böyüklərin də oxumasında fayda var, çünki diletantlıq əslində, böyüklərdən kiçiklərə keçir...

Davamı

Mustafa Akkadın ilahi sevgisi

Mədəniyyət24.09.2015

2005-ci il noyabr ayının 9-da İordaniyanın paytaxtı Amman şəhərindəki hotellərin birində terakt törədildi. Cəmi bir neçə saat sonra “Əl-qaidə” terror təşkilatı bu qanlı hadisənin məsuliyyətini öz üzərinə götürdü və bütün bunların həmin hoteldə qalan bir neçə yəhudiyə görə baş verdiyini açıqladı.

Davamı

“Meri çox istedadlı qızdır, - Aqata Kristi onun haqqında deyirdi, - öz dünyası var və özünü ancaq yazılarıyla ifadə edir”. Bəs cəmiyyətə görünmək istəməyən müəmmalı Meri Uestmakott kim idi? Oxucular deyirdi ki, Aqata Kristi bu yazıçını himayə etməkdə yanılmayıb; o, həqiqətən də yaxşı yazırdı. Aqata Kristi onu tərifləməkdən usanmır və bir sözü dönə-dönə təkrar edirdi: “Çox şükür ki, o, detektiv yazmır”. Əlbəttə Aqata bunu rəqabətdən qorxduğu üçün demirdi, çox şükür ki, detektiv ədəbiyyatının kraliçası öz “krallığında” indiyə qədər rəqib tanımırdı.

Davamı